lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

bari-mövsüm - qaraqan lyrics

Loading...

diqqət, saatlar on bir iyirmi iki dəqiqəni göstərir

buralar deyil evimiz
bizi bura gətiriblər
bizi bura tullayıblar
torpağa səpilib dən
yalanın içində isti
amma bu ev airbnb
hollywood ölüb, növbətidi netflix
batacaq bütün mainstream
yo! bütün evi gəzdim, yiyəsi yox
təməllərinin yaşı bizdən bir əsr az
ya da bir əsr çox, pərdədi gözlərimizə bir əsr şou
sirk şapito
kapitol dolu piton
diploma qafiyə tapdım, paxlava altı
tüpürdük babilona, dağlara qalxdıq

gecələr uzunu ruhum uçur harada?
bizi bura yaradan
niyə atdın bizi bura, yaradan?
yuxusuz gecələr sənə qəlbimi açaram
qəlbimi açaram

buralar deyil evimiz
bizi bura tullayıblar
eksperimental ağaclarıq
zəhər və şəkərlə sulayırlar
yazıları arada sil
chatgpt şeytan arabası
birazdan olacaq türmələr digital
bir abbasını götürmür kassir
əllərimi açıram göylərə
dualarım tez çatır göydələn
məktəblərin keçmədiklərini
retroqrada mədrəsə öyrədər
gecələr uzunu ruhum uçur harada?
bizi bura yaradan
niyə atdın bizi bura, yaradan?
yuxusuz gecələr sənə qəlbimi açaram
qəlbimi açaram

gecələr uzunu ruhum uçur harada?
bizi bura yaradan
niyə atdın bizi bura, yaradan?
yuxusuz gecələr sənə qəlbimi açaram
qəlbimi açaram
qəlbimi açaram

Random Song Lyrics :

Popular

Loading...