durnalar - qaraqan lyrics
[bənd 1: qaraqan]
köhnə nömrələrin içində sənin adın
qərarı qəti, ağrısı qatı
dodağında tütünün dadı
ucuz divar kağızlarına hopur köhnə, acılı ətir
tüstü yorğanında tavanı
qonşu otağdakı davalar
səsi qramafon bariton
yaddaşında bütün xatirələr ağ*qara
88 dirçəliş, əllərində çiçəklər
sən gözəldin, nəbatət bağında hər çiçəkdən
yanağların ləçəklər gülüşdən
bax, bu məktub dolu hisslərim və dolu sən
ürəyimin yarası, söylə indi hardasan
yığım pulun, parasın gəlim amma
oraların yox, ünvanı varası
[nəqarət: ilqar muradov]
bir səhər
durnalar
aparar məni
aparar məni
qal desən
üfüqdən
qayıdar gəmim
qayıdar gəmim
[bənd 2: qaraqan]
hər axşam çıxar dəniz kənarı parka
görə necə əriyir üfüqdə gəmilər
piyadalar baxar sanki dəliyə
gözlərində yaş, qəlbi dolu qəm ilə
bu bakının havası canımızı alası
ürəyimin parası, al pencəyi deyib kürəyinə atası
indi isə tək dostu, sirdaşı
bir neçə ilin ilıq yaddaşı
bir neçə közün son istisi
35 il xatirələrdə xoşbəxt, 35 il sevgisiz
kaş olaydı bir az kasıb, bir az xəstə, biraz darısqal evdə
amma ruhu özgəsiylə yox, əsl sevgisi ilə
gəncliyinin qorxularını qarşılaşdıranda indisi ilə
xəzərə baxır, barışa bilmir itkisiylə
Random Song Lyrics :
- s.o.s. - ray dawn lyrics
- fargo - flaszki i szlugi lyrics
- brazil - geoff muldaur lyrics
- send nudes - allenfardo lyrics
- y mirame - con jorge ruiz de maldita nerea - despistaos lyrics
- when to talk and when to listen - current swell lyrics
- lucha de amor - la trakalosa de monterrey lyrics
- après les larmes - marc dupré lyrics
- can't see you walkin; - derez lyrics
- zombies - looptroop rockers lyrics