həzin nəğmələr - qaraqan lyrics
həzin nəğmələr, sayrışan səma
əlin əlimdə, dolu bir məna
ala gözlərin dolu yaş ilə
həzin nəğmələr, qərib aşiqlər
həzin nəğmələr, sayrışan səma
əlin əlimdə, dolu bir məna
ala gözlərin dolu yaş ilə
həzin nəğmələr, qərib aşiqlər
yadındamı, tut ağacın silkələrdik
meyvələr bəyaz yorğan üzlərinə tökülərdi
ayaqlarımızı yandırardı qum
hoppanardıq kölgələrdən kölgələrə
ata saxlayardı maşını
yolun kənarında biz qaçardıq bulaq başına
qoparardıq yaraların qabığın, ana danlayardı
“ay bala, olmaz yaranı qaşımaq”
yadındamı, qonşunun üzün görmədən
vurula bilərdik təkcə onun adına
küçə itləri gedərdi harasa
biz də quyruq kimi düşərdik bunların dalına
yadındamı, mənim yadımdadı
birinci öpüşün dili dadımdadı, yox, dadı dilimdədi
xatirələr qarışır bir*birinə
sanki üst*üstə yazılan filmdəyik
həzin nəğmələr, sayrışan səma
əlin əlimdə, dolu bir məna
ala gözlərin dolu yaş ilə
həzin nəğmələr, qərib aşiqlər
həzin mahnılardan gəlir 90*ların ətri
insanların əsili, təbii və saf — ürəklər hələ sevə bilir
elektriçkalar bakı bağlarının qumunu şəhərə gətirir
işıqlar sönəndə, yadındamı
bütün ailəni birləşdirərdi bircə şam
kiçik avtomobillər, amma böyük ürəklər
əsl insanlıq dolu yaşam
yadındamı, yağan qarı biz tut*rduq dilimiz ilə
və bu gəlmirdi qəribə bizə
kubinkanın bir mərtəbə evləri ilə
kəsə yol ilə gedirdik qonşumuzgilə
yadındamı, hamımız necə qardaş idik
cırılmış köhnə top və iki daş ilə
evimiz küçələr idi, qaraj idi
əsl evimizə biz gedirdik ancaq su içməyə
yadındamı, necə birisi idin
özün idin, hə, amma bir az dirisi idin
bir az sevgisi iti, bir az gülüşü azad
sevirdilər səni — üzün filtersiz idi
yadındamı, necə birisi idik
azadlığın dəlisi idik, biz hamımız sanki bir idik
kimin atasının maaşı nə qədər
mənasız idi, lazımsız idi və gerisi idi
həzin nəğmələr, sayrışan səma
əlin əlimdə, dolu bir məna
ala gözlərin dolu yaş ilə
həzin nəğmələr, qərib aşiqlər
həzin nəğmələr, sayrışan səma
əlin əlimdə, dolu bir məna
Random Song Lyrics :
- jingle bells - finnyfromflickr lyrics
- what the hell - bridge lyrics
- przytrzymaj mi browar - kemoi lyrics
- soma - dangerfield lyrics
- kid$ of 2moro - major look lyrics
- tell me - gr///mē lyrics
- fortune cookie - rip slyme lyrics
- 4 x 4 - dequantis lyrics
- ambicje - karwan lyrics
- 인디 (indie) - moonmoon lyrics