
mənə ondan danışın - rəhimxan lyrics
[bənd 1]
mənə ondan danışın
gülürmü yoxluğumda?
sığmıram bir cahana
gəlir axı mənə yoxluğum dar
hər dəfə səni yazıb da
başqalarına oxuduğumda
deyirlər: “əl çək o qızdan”
“sənə gəlməz xeyir sonda”
mənə ondan danışın
xoşbəxtdirmi sevdiyiylə?
de görüm, çıxıbmı yaddan
o sevdiyimiz illər?
dostlarım “sevmə” deyir
özümlə bacarmıram
sənə yazdığım şeirlər
mənə səni “sev” deyirlər
sənə məndən danışır
aramızı vuran insanlar
səni hələ də unutmamışam
məni özünlə bir sanma
eşitdim, söyləmisən
“heç xoşbəxt olmasın o”
canın sağ olsun
xoşbəxt olarsan inşallah
danışın, yalan da olsa deyin
“sevir səni”
gülüşümü aldın, getdin
bax, bu adam gülümsəmir
çox sevdim, gülüm, səni
sabahıma günəş oldun
yəni getdiyin o gündən
bu həyatıma günəş doğmur
[bənd 2]
mənə ondan danışın
o qarə gözlərindən
deyim ki, hiss olunur
darıxdığı gözlərində
mənə ondan danışın
bezmədən dinləyim mən
düz demişdim
alıb apardı bu sevdanı bizdən illər
mənə ondan danışın
bədahətim dilə gəlsin
hiss etdim qoxunu
otağıma külək əsdi
ümidlərimi kəsdim çün
özgələri ağrın alır
getsəm belə bu illərdə
sol yanımda ağrı qalıb
solumda yaralar var, sağalmayan
mənə bir xoş söz söylə
gözyaşım sel olmaya
axı biz söz vermişdik
özgəsinə yar olmarıq
gör indi sən haradasan, mən haradayam?
getdiyin gündən bəri
həyatımız yarım qalıb
barmağına taxılır üzük
xoşbəxtsən, canım yanır
mən dəli aşiq olub dillərə dastan olduğum
gündən bəri səni gəzirəm
axtarıram qadın*qadın
Random Song Lyrics :
- the prettiest star (1970 version) - david bowie lyrics
- nessuna è più bella di te (live from the basement) - briga lyrics
- karma - nwk lyrics
- woman got a right to be (live) - caiphus semenya lyrics
- fake feelings - lovetear$ lyrics
- popularity - anna ash lyrics
- ubik : chœur de l'aube - ynxd lyrics
- drop d lean - sevn matt lyrics
- sono qui - mosè cov lyrics
- ритуальные пляски (funeral dances) - sagath lyrics