
sadəcə rəhmanam - rəhman ceyranbatanlı lyrics
[giriş]
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 1]
vaxtım keçir, nərd atıram, çayım var
meyxanada öz atdelni payım var
nə pulum var, nə də ki daydayım var
vaqif oğlu bir kasıb oğlanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 2]
bilirsizmi nədir şanım*şöhrətim
bilmirsizsə, qoy sizə də öyrədim
ailəmiz mənim varım*dövlətim
onlar varsa, bir xoşbəxt insanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 3]
veçni günüm keçir kefdə*damaqda
bir gün orda, bir gün burda qonaqda
hələ subayam, əzablı gün qabaqda
nə yaşım var ki, hələ cavanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 4]
tanrı yazıbdı yazan ustadını
doğma məkan öz doğma övladını
ceyranbatan yaxşı bilər adımı
daha demirəm, dillərdə dastanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 5]
mən ağa olmuşam deyən sözümçün
tərifi yaxmaram qara gözümçün
fikirləşib dərk edirəm özümçün
tanrı yaratdığı bir insanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 6]
məhəbbətdə var ilhamı rəhmanın
hər bir zaman yanır şamı rəhmanın
allaha çoxdur inamı rəhmanın
çünki yezit deyil, müsəlmanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 7]
varımdı dastan deməyə imkanım
zaman gəldi, indi mənim dövranım
ceyranbatan mənim radnoy ünvanım
axır gün də həmənki ünvanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[bənd 8]
eşit məni ey azəri milləti
mənim meyxanamın budur taqəti
eşidənlər versin özü qiyməti
deyin görək kimlə yanbayanam mən
deyin görək kimlə yanbayanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
[çıxış]
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
nə şairəm, nə də ki qəzəlxanam mən
hamı bilsin, sadəcə rəhmanam mən
Random Song Lyrics :
- 最終回 (ending) - kakizaki yuta lyrics
- falling in love with broken hearts - allison young & joshua lee turner lyrics
- ola bilərdin - günay ibrahimli lyrics
- garden of disdain - fae jr. lyrics
- me da igual - berta garrido lyrics
- чёто типа богатый - yosa1shu lyrics
- chupando en el malecón - asmereir lyrics
- kandım yalanlarına - fezâ (tur) lyrics
- john the revelator - live - vika & linda lyrics
- old jazz - лайтер (underlighter) lyrics