
zaur - rəhman ceyranbatanlı lyrics
[giriş]
nə qədər istəsəm də olum dərd*qəmdən uzaq
rastlaşır həyatda hər cür insana xəstə könül
özgənin dərd*qəmi etdi məni məndən uzaq
yaradıb imdad hissi, vur nişanə, xəstə könül
kimi hiss etdi genə, kiminlə rastlaşdı ürək
tanış ol, dərdini bil, dərdinə dərmanı ara
nədi dərdin, nə olub, ey rəhman, dillən, de görək
kimlərdi yazanlar yazılan fərmanı ara
rüstəm adıyla biri, sumqayıt ünvanı
danışdı, gözləri doldu, qardaşın saldı yada
şəraiti hər cürə, var hər cür imkanı
amma sanki onunmuş bütün dərd qəm bu dünyada
bir cavan qardaşı var, cayıldı canlara dəyər
amma var dərdi böyük, çarəsizdi xəstəliyi
elə bir xəstəlik ki, o hər bir insanı əyər
genə kövrəldi ürək, budur rüstəmin dediyi
o əziz qardaşını yaşatmağından ötəri
razıdır son günədək dayanmasın alın təri
o ki qardaş yolunda inan ki canın da verər
allahım versə ömür və qardaşı tutsa xəbər
hər günün, hər saatın bağışlar mümkünsə sənə
deyir qardaş yolunda dediklərim azdı yenə
yaşasın belə qardaşlar, düşünür qardaşın
dərdə dərman tapılar, tökməginən göz yaşın
[nəqarət]
bu gözəl dünyadan doymaq olarmı
ömrün xoş günündə, gözəl çağında
həyatın ləzzətin duymaq olarmı
bilsən ki, ölümün var qabağında
[bənd 1]
çarəsiz, dərmansız dərddəsən qardaş
ağlayar ürəyim, gülməz gözlərim
yazısız, dərmansız dərddəsən qardaş
qəm*kədər qəlbimə salıb izlərin
çarəsiz, dərmansız dərddəsən qardaş
ağlayar ürəyim, gülməz gözlərim
yazısız, dərmansız dərddəsən qardaş
qəm*kədər qəlbimə salıb izlərin
[nəqarət]
bu gözəl dünyadan doymaq olarmı
ömrün xoş günündə, gözəl çağında
həyatın ləzzətin duymaq olarmı
bilsən ki, ölümün var qabağında
[bənd 2]
sənə yalvarıram, ey ulu tanrı
götürmə sən onu, ayırma bizdən
vurma qəlbimizə qardaş dağını
sən ömür ver ona, kəs ömrümüzdən
sənə yalvarıram, ey ulu tanrı
götürmə sən onu, ayırma bizdən
vurma qəlbimizə qardaş dağını
sən ömür ver ona, kəs ömrümüzdən
[nəqarət]
bu gözəl dünyadan doymaq olarmı
ömrün xoş günündə, gözəl çağında
həyatın ləzzətin duymaq olarmı
bilsən ki, ölümün var qabağında
[bənd 3]
şəfa ver, allahım, şəfa ver ona
qoy o da sevinsin, qoy o da gülsün
o cavan ömrü çatdırma sona
qoy o da həyatın ləzzətin bilsin
şəfa ver, allahım, şəfa ver ona
qoy o da sevinsin, qoy o da gülsün
o cavan ömrü çatdırma sona
qoy o da həyatın ləzzətin bilsin
[nəqarət]
bu gözəl dünyadan doymaq olarmı
ömrün xoş günündə, gözəl çağında
həyatın ləzzətin duymaq olarmı
bilsən ki, ölümün var qabağında
[çıxış]
allah sənin şəfanı yetirsin zaur
rüstəm kimi qardaşlarınla fəxr elə
bu mahnını sənə həsr etmişik
Random Song Lyrics :
- que a tropa véia criou - grupo rodeio lyrics
- déjame - santiago márquez lyrics
- счастье моё (my happiness) - земфира (zemfira) lyrics
- goudron da - nigga fama lyrics
- frowny face - sufferplenty lyrics
- shoot! - commandomusic lyrics
- all night - michael rogers lyrics
- rap jeu - kvn lyrics
- margiela shawty - f3lzsmokeout lyrics
- cassidy my main - xdzak lyrics