
qəlbimin yağışları - rəşad ilyasov lyrics
[bənd 1]
bir sözümdən inciyib küsdün
yad baxışla qəlbimi üzdün
gəl, ömrümün gül, çiçəyi
gəl, ala gözlüm
susma, danış, qoy üzüm gülsün
gəl, ala gözlüm
susma, danış, qoy üzüm gülsün
bilmədim heç sənə nə oldu?
getmə, gülüm, sözlərim çoxdur
deyəcəkdim: “sənsiz ömrümdə sevinc yoxdur
sən olmasan həyatım boşdur”
deyəcəkdim: “sənsiz ömrümdə sevinc yoxdur
sən olmasan həyatım boşdur”
[nəqərat]
yenə qəlbimə yağış yağır
sevgilim mənə küsgün baxır
neyləyim, insafsız dinləsin məni?
kəsilsin, ilahi, bu yağış
qayıtsın sevgi dolu baxış
əlini ver, bitsin könlümün qəmi
[bənd 2]
gül ki, ömrümə bahar gəlsin
qəlbimin yağışları kəssin
gəl, ömrümün gül, çiçəyi
sevirəm səni
bəsdir susdun, dindir məni
gəl, ömrümün gül, çiçəyi
sevirəm səni
bəsdir susdun, dindir məni
[nəqərat]
yenə qəlbimə yağış yağır
sevgilim mənə küsgün baxır
neyləyim, insafsız dinləsin məni?
kəsilsin, ilahi, bu yağış
qayıtsın sevgi dolu baxış
əlini ver, bitsin könlümün qəmi
yenə qəlbimə yağış yağır
sevgilim mənə küsgün baxır
neyləyim, insafsız dinləsin məni?
kəsilsin, ilahi, bu yağış
qayıtsın sevgi dolu baxış
əlini ver, bitsin könlümün qəmi
əlini ver, bitsin könlümün qəmi
əlini ver ki, bitsin kədər, qəmim
Random Song Lyrics :
- true north - 90bro lyrics
- kids* - dcvdns lyrics
- south of the river - tom misch lyrics
- lagu kita - iankanlah lyrics
- stunt - mr. polska feat. rollàn lyrics
- confessione - masosky lyrics
- for real - lil bibby lyrics
- good girls - niykee heaton lyrics
- lluvia - pasajero lyrics
- as i catch my breath - charred walls of the damned lyrics