
oğlum - rəsul əfəndiyev lyrics
[bənd 1]
oğlum, bu həyatda səndən əziz yoxdur mənə
oğlum, sən baxanda sanki günəş baxdı mənə
gülüşlərin üzündən heç vaxt əksik olmasın
sevincdən ağlasan da, qəmdən gözün dolmasın
sən mənim günəşim, ayım
sən mənim bəxt ulduzum
dəyərlisən bizim üçün
hər şeydən, oğlum
[nəqərat]
sabaha ümid verən, sevgi dolu nəğməsən
daha böyüsən də sən, mənim üçün körpəsən
göylərdən yerə enən sən əsl hədiyyəsən
daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
[bənd 2]
oğlum, həyatın çətin anları var, biləsən
oğlum, böyüyüb, çalışıb həyatı sevəsən
yaxşı*yaman günündə hazır ol hər sınağa
bu dünyanın hər üzü bənzəmir nurlu çırağa
oxu, elmin yüksəlsin
səsin ucalardan gəlsin
baxıb sevinək, gülək
səninlə bağlı hər sorağa
[nəqərat]
sabaha ümid verən, sevgi dolu nəğməsən
daha böyüsən də sən, mənim üçün körpəsən
göylərdən yerə enən sən əsl hədiyyəsən
daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
sabaha ümid verən, sevgi dolu nəğməsən
daha böyüsən də sən, mənim üçün körpəsən
göylərdən yerə enən sən əsl hədiyyəsən
daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
[çıxış]
daha böyüsən də sən, mənim ürəyimdəsən, oğlum
Random Song Lyrics :
- minecraft - the ultimate destroyer lyrics
- this is it - congress musicfactory lyrics
- nedman - oussama belhcen | أسامة بالحسن lyrics
- plan b - udo lindenberg lyrics
- drive (mt. eden remix) - glades lyrics
- come undone - raymond meade lyrics
- vom scheitern - broilers lyrics
- live in the moment- 107 edit (feat. jussie smollett and yazz) - empire cast lyrics
- preamble - domo genesis lyrics
- i do not like whole wheat bread (eurasian remix) - medium rope lyrics