
azərbaycan qızıyam - rəvanə qurbanova lyrics
[bənd 1]
mən bu elin qızıyam, anamdır azərbaycan
mən onun sinəsindən süd əmib zaman*zaman
böyüyüb boy atmışam, saf suları qanımdır
uca dağı vüqarım, torpağı dərmanımdır
böyüyüb boy atmışam, saf suları qanımdır
uca dağı vüqarım, torpağı dərmanımdır
[keçid]
fərhad dağda külünglə surətimi qazıbdır
şirin sədaqətimi tarixlərə yazıbdır
qəribin sənəmiyəm, koroğlunun nigarı
nəbiyə həcər olub dolanmışam dağları
[nəqərat]
demirəm: ‘’bir dənəyəm’’
‘’gözəllik ulduzuyam’’
hər elin öz övladı
azərbaycan qızıyam
demirəm: ‘’bir dənəyəm’’
‘’gözəllik ulduzuyam’’
hər elin öz övladı
azərbaycan qızıyam
[bənd 2]
bu torpaq gözlərimə rəngindən rəng veribdir
səsimə öz səsindən sular ahəng veribdir
ay verib hüsnümü, lalələr dodağımı
günəş şəfəqlər ilə boyayıb yanağımı
ay verib hüsnümü, lalələr dodağımı
günəş şəfəqlər ilə boyayıb yanağımı
[keçid]
fərhad dağda külünglə surətimi qazıbdır
şirin sədaqətimi tarixlərə yazıbdır
qəribin sənəmiyəm, koroğlunun nigarı
nəbiyə həcər olub dolanmışam dağları
[nəqərat]
demirəm: ‘’bir dənəyəm’’
‘’gözəllik ulduzuyam’’
hər elin öz övladı
azərbaycan qızıyam
demirəm: ‘’bir dənəyəm’’
‘’gözəllik ulduzuyam’’
hər elin öz övladı
azərbaycan qızıyam
azərbaycan qızıyam
azərbaycan qızıyam
mən bu elin qızıyam
Random Song Lyrics :
- himalaya - yawvevo lyrics
- meus pensamentos - mark exodus lyrics
- battle scars - daisy clark lyrics
- mindreader - agnelo do rego lyrics
- pesadelos - rduplov lyrics
- pizzicato five (tgpt version) - devon hendryx lyrics
- shneinu shavim - שנינו שווים - aviv geffen - אביב גפן lyrics
- el triste - daniel quién lyrics
- i c - jaeess lyrics
- threads - deadpan lyrics