
nizaminin ariyası (nizami operası) - ramil qasımov lyrics
[bənd]
sən eşqə layiq sevimli yazı
sevginlə ölməyə divanlar yazım
qəlbin lövhəsində
yazmışam rəna
sənsən şeirimdəki
o dərin məna
ey dostluq mülkünün xəzinədarı
səninlə gül açar ömrün baharı
sevgin həyatıma verəcək sinə
onunçün bəslərəm sənə məhəbbət
dərindən bəslərəm
sənə məhəbbət
ay gözəl yar
nazlı dildar
nazənin dilbər
saçları ənbər
çöhrəndən doğulmuş
ulduzlar, aylar
sənindir bəstələr
səni haraylar
əzəl gündən bu aşiqin
camalında gözü vardır
gülüstanlar xəzan olsa
sənin hüsnün bir bahardır
nazlı sənəm, gözəl pəri
gül camalın bir bahardır
səni sevən bəxtiyardır
səni sevən bəxtiyardır
sən gözəllər arasında əfsanəvi
bir mələksən
gözəlliyin bağçasında
tazə açan bir çiçəksən
könüllərdə xoş diləksən
könüllərdə xoş diləksən
könüllərdə
xoş diləksən
Random Song Lyrics :
- ocean blue - coasting lyrics
- ogrut zwany eden (nara remix) - omp lyrics
- learnt to love goodbyes - cat burns lyrics
- take it all - samantha stevenson lyrics
- the age of love - age of love, charlotte de witte, enrico sangiuliano lyrics
- joquebede (funk gospel remix) - igor dj & israel santos lyrics
- o108rocket - をとは (wotoha) lyrics
- shkr shkr - drag lyrics
- challeng-edd with lyrics - recd lyrics
- glocked up (cr0w remix) - kys lmao lyrics