
məndən olmayacaq - ruhəngiz allahverdiyeva lyrics
[bənd 1]
gecə*gündüz çıraqla sən
hələ məni gəzəcəksən
axtarmaqdan bezəcəksən
məndən bir də olmayacaq!
yollara gül ələsən də
səhər*axşam diləsən də
başına kül ələsən də
məndən bir də olmayacaq!
[nəqərat]
var olacaq, yox olacaq
məndən birdə olmayacaq!
gözəl qızlar çox olacaq
məndən bir də olmayacaq!
başqa yaz, bahar gələcək
yağış yağıb, qar gələcək
dünya sənə dar gələcək
məndən bir də olmayacaq!
[bənd 2]
düz qəddini əyəcəksən
«hayıf ona» deyəcəksən
dizlərinə döyəcəksən
məndən bir də olmayacaq!
yatma belə, hələ oyan
getmə belə, hələ dayan
səni sevən, səni duyan
məndən bir də olmayacaq!
[nəqərat]
var olacaq, yox olacaq
məndən birdə olmayacaq!
gözəl qızlar çox olacaq
məndən bir də olmayacaq!
başqa yaz, bahar gələcək
yağış yağıb, qar gələcək
dünya sənə dar gələcək
məndən bir də olmayacaq!
Random Song Lyrics :
- tembang kangen - dike sabrina lyrics
- čuvam ovce kraj zelene jove - zorica brunclik lyrics
- soulmates - benedict cork lyrics
- hjertesorg betaler regninga - benjie & dutty dior lyrics
- dominic toretto* - organize lyrics
- angela cowan - danny kelly lyrics
- traición(buzón de voz) - fraanovo lyrics
- heisenburg freestyle feat. stacks - ebay fish lyrics
- 11.10.23 - nugat lyrics
- otpustim - makarsinicin lyrics