
səninlə mən - rüstəm yağmur lyrics
[bənd ]
sən məndən, mən isə səndən çox uzaq
hərdən bir xəyalların gəlir qonaq
ağlımdan çıxarmı heç səninlə ötən zamanlar?
sən yoxsan, bura cəhənnəm doludur
sən yoxsan, mahnılarım qəm doludur
tez çıx gəl, nəğmələrim bitən zamanlar
[nəqarət]
səninlə mən bu dünyanın içində ayrı dünya
bizim bəxtimizə düşən bu sevda
bu taleyin, bu qismətin özüymüş
axı nədən anlamadı olanları qabaqlar?
ağlımıza gələrdimi o vaxtlar?
hislərimiz məhəbbətin özüymüş
[bənd ]
ay batar, günəş doğar, səhər olar
qorxdum ki, ümidlərim hədər olar
bilməzdim o son vida məktubunu cırıb gələrsən
sən gəldin, üzündə bir işıltı var
xoşbəxtəm, gözümdə bir parıltı var
xoş gəldin, inanmadım durub gələrsən
[nəqarət]
səninlə mən bu dünyanın içində ayrı dünya
bizim bəxtimizə düşən bu sevda
bu taleyin, bu qismətin özüymüş
axı nədən anlamadı olanları qabaqlar?
ağlımıza gələrdimi o vaxtlar?
hislərimiz məhəbbətin özüymüş
səninlə mən bu dünyanın içində ayrı dünya
bizim bəxtimizə düşən bu sevda
bu taleyin, bu qismətin özüymüş
axı nədən anlamadı olanları qabaqlar?
ağlımıza gələrdimi o vaxtlar?
hislərimiz məhəbbətin özüymüş
Random Song Lyrics :
- acidacid - wake up sleep lyrics
- 16 (musique) - wejdene lyrics
- mon cartier - sugar mmfk lyrics
- omen of doom - ranger lyrics
- sos - ichon lyrics
- only when i walk away - chris dean lyrics
- тик-так (tic-tac) - cmetaha (band) lyrics
- po 'ko zna koji put - stoka lyrics
- militanttifunkki 2011 - jontti lyrics
- en bas - kpoint lyrics