
yağışlar - şahin əlizadə lyrics
[bənd 1]
dayanmaz içimdə
küləklər, tufanlar
hər axşam bir günah
yağışlar, yağışlar
sən bir gözəl düşüncə
ağlımda qal həmişəlik
əgər qopsam həyatımdan
yuxularda görüşərik
[nəqərat]
hisslərimə bir sətir yaz
gecələrim çox çətin
yaralara duz gətir
bir başqası alınmaz
bir*birimizi axtaraq
düşünməyə yox zaman
bir ayrılıq, üç şəkil
aylar çəkir unutmaq
[bənd 2]
ikinci ömür yox
anladım durmayanda saatlar
hər dəqiqə, hər saniyə içimdə ölən çox
bağlanıb mənə açılan qanadlar
gecə qara buludlar
yağışlardandır xəbər
əllərimdə bir ümid
yenə keçəcək birtəhər
[nəqərat]
hisslərimə bir sətir yaz
gecələrim çox çətin
yaralara duz gətir
bir başqası alınmaz
bir*birimizi axtaraq
düşünməyə yox zaman
bir ayrılıq, üç şəkil
aylar çəkir unutmaq
[çıxış]
unutmaq…
Random Song Lyrics :