lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

drama - sahra [az] lyrics

Loading...

bu axı necə bir drama
yaşanır içimdə səssizlik
səni başa sala bilmirəm, amma
məncə getmək qəlbsizlik

nə qədər üzlər gördüm
biri güləndə, biri ağlayır
nə qədər gözlər gördüm
həqiqəti bilir, amma saxlayır

sonunu düşünsəydim, bəlkə də məndən mən olmazdı
soyuqluğun üşütməsəydi
alışan qəlbimi dondurmazdı

düşün, əlində 2 şansın var, ya qalmalısan ya da getməli
qayıdırsan sən yolun yarısından
məcbur insan seçim etməli

gedəndə elə getdin ki
niyə geri gəlmirsən sən?
unuda bilmirsən, yox, yox, unuda bilmirsən
gedəndə elə getdin ki
niyə geri gəlmirsən sən?
unuda bilmirsən, yox, yox, unuda bilmirsən

bu dəfə dürüstəm sənə
çünkü bu mahnı etirafdır
bu mahnı ithafdır, daha gizlətmirəm heç nəyi, çünki, sevgim şəffafdır
buraxıram özümü sənə
hər şey insafdır
yoxdursa içində, çirkapdır
həyət özü göz qaş arası bir andır
bu axı necə bir drama
yaşanır içimdə səssizlik
səni başa sala bilmirəm, amma
məncə getmək qəlbsizlik

gedəndə elə getdin ki
niyə geri gəlmirsən sən?
unuda bilmirsən, yox, yox, unuda bilmirsən

Random Song Lyrics :

Popular

Loading...