
sarı güllər - samira jazzy lyrics
[bənd 1]
dünyada əlvan rənglər, güllər ağlar, sevinər
hər gülü öz rəngində yada salar sevənlər
rənglər dönər güllərə, güllər yağar əllərə
əllər qonar tellərə o günlərdə
yadıma gəlir o gün, sən həsrətdən donanda
görüşə gəldim yenə günəş rəngli donumda
günəş rəngli gülləri, aldı səndən əllərim
niyə kədər göründü gözlərində?
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
[bənd 2]
yaraşdı sarı donum günəş rəngli güllərə
o rənglər düşdü niyə sənsiz ötən illərə?
illər keçdi o gündən, inan, indi bilirəm
niyə kədər göründü gözlərində
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
sarı güllər ayrılıq gətirər
[keçid]
illər keçdi o gündən, inan, indi bilirəm
niyə kədər göründü gözlərində
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
sarı güllər ayrılıq gətirər
[çıxış]
sarı güllər ayrılıq gətirər…
Random Song Lyrics :
- ahora - dyango lyrics
- sobreviviré - priscila y sus balas de plata lyrics
- spaghettos - lil fetus lyrics
- magari non è gay ma è aperto - lo stato sociale lyrics
- put up or shut up part 2 - wulords lyrics
- jackson - carolina chocolate drops lyrics
- episode 10: momma metcalf - epiclloyd lyrics
- n.y.c track - aliko x a.d.d lyrics
- finger med i spællet - dde lyrics
- bio-rhythmic shock - mcali lyrics