
qara gözlərin - şövkət ələkbərova lyrics
[bənd 1]
hüsnünün seyrindən doymayır ürək
nə bəladır sənin qara gözlərin?
bir baxışda min cadu oxuyur
ömür çırağıdır yara gözlərin
[nəqərat]
gah coşub, gah xumar*xumar baxanda
şimşək kimi başım üstdə çaxanda
atəş olub dərdli canım yaxanda
uymasın, amandır, yada gözlərin
[bənd 2]
xəyalın fikrimi oynatdı birdən
qəlbimdə əksini gördüm bir səhər
saymadın, salmadın mənə bir nəzər
baxırdı, bilmirəm, hara gözlərin
[nəqərat]
gah coşub, gah xumar*xumar baxanda
şimşək kimi başım üstdə çaxanda
atəş olub dərdli canım yaxanda
uymasın, amandır, yada gözlərin
[bənd 3]
zamanə qızısan, mübariz, qoçaq
heyif ki, düşmüsən bizlərdən qaçaq
bir de mən də bilim, nə zaman, haçan
edəcək dərdimə çara gözlərin
[nəqərat]
gah coşub, gah xumar*xumar baxanda
şimşək kimi başım üstdə çaxanda
atəş olub dərdli canım yaxanda
uymasın, amandır, yada gözlərin
Random Song Lyrics :
- 그곳에서 (on my way 3) - dok2 lyrics
- vangelo - er costa lyrics
- things change - the bluetones lyrics
- know ur worth - matissmo lyrics
- casualty - riverkinn lyrics
- 44/876 - sting & shaggy lyrics
- akh da ishara - bobby baadshah lyrics
- crush (devin townsend remix) - pendulum lyrics
- the higher you climb - peabo bryson lyrics
- n.e. heartbreak (remix) - new edition lyrics