
yağış - talıb tale lyrics
bənd 1
hər dəfə yağış yağanda
yazıram sözlərin gəlir
baxıram sən gələn yerə
elə bil izlərin gəlir
bənd 2
ilk dəfə baxdığın kimi
gözüme gözlərin gəlir
yenə xatırlayıram mən
səni qəm pəncərəsindən
nəqarət
darıxdın bəlkə də mənsiz
yenə gözlərin ağlayır
fikrin xatirə dəftərin
kövrələrək varaqlayır
bir tərəfdən yağış yağır
bir tərəfdən yar ağlayır
o mənim yolumu gözləyir
damlalardan soraqlayir
yenə xatırlayıram mən
səni qəm pəncərəsindən
bənd 3
yağışın pıçıltısından
qəhərin hiss edirəm mən
damlaların axışından
gözlərin hiss edirəm mən
bənd 4
dərdini çəkdiyim kimi
fikrinə hey gəlirəm mən
sevgimiz ağladır səni
ürəyini bilirəm mən
nəqarət
darıxdın bəlkə də mənsiz
yenə gözlərin ağlayır
fikrin xatirə dəftərin
kovrələrək varaqlayir
bir tərəfdən yağış yağır
bir tərəfdən yar ağlayır
o mənim yolumu gözləyir
damlalardan soraqlayir
yenə xatırlayıram mən
səni qəm pəncərəsindən!
Random Song Lyrics :
- webster's laboratory 2 [tracklist + cover art] - chris webby lyrics
- st trop' - dj kayz lyrics
- ikke tenk på det - sejaz lyrics
- celebrad a cristo - don moen lyrics
- my everything - bri (briana babineaux) lyrics
- rose - drew diezel lyrics
- friendly crossfire - hotel books lyrics
- solo - dala pai pai lyrics
- if i have you - vertical church band lyrics
- pinakamamahal - willie revillame lyrics