
bir karvanım olsaydı - tibu km lyrics
[bənd 1] [tefo]
bir karvanım olsaydı
uzaq liman, sıxır məni sənsiz dörd divar
bir karvanım olsaydı
sınıq divan içində əziyyət tutur divan mənə
karvanım olsaydı
içi yalan, həsrətin edibdir dəli*divan
bir karvanım olsaydı
yarım qalan, qırıq*tökük, mən yarımcanam
bir karvanım olsaydı
qara*qura, bir yerdə olanda zaman durar
bir karvanım olsaydı
sağalmayan yara kimi gedir bədən dala
bir karvanım olsaydı
düşüb dara, düşünmədən səni huşum tapar
bir karvanım olsaydı
düşün hara gedərdik biz, lap düşüb dara
bir karvanım olsaydı
günəş sarı, gözünə düşür və üzün qızarır
karvanım olsaydı
qışı, qarı yaşamadan səni yaş aparır məni
karvanım olsaydı
ayaqyalın, içində gəzərdik ayıq halımla
karvanım olsaydı
bir az baxıb, güldürüb səni, sonra alğadıb
[nəqərat] [sheyh ree]
mən sanki bir dərviş
sən səhreyi*karvan
dövr elə sən də, bax
dövr edir dünyeyi*dövran
o dilə alış, tüstüyə qarış
ürəyi qarış*qarış gəz
yağsa da yağış
ciyərə danış
sən tənbəki, qətran
mən sanki bir dərviş
sən səhreyi*karvan
dövr elə sən də, bax
dövr edir dünyeyi*dövran
o dilə alış, tüstüyə qarış
ürəyi qarış*qarış gəz
yağsa da yağış
ciyərə danış
sən tənbəki, qətran
[bənd 2] [tibu]
mənim karvanım olsaydı
həyatımdan alınan illəri doğsaydı
sən məni öz həyatında yox saydın
kaş yazdığım məktubu oxusaydın
mənim karvanım olsaydı
kaş sənə ilk dəfə toxunmağa sənə qorxsaydım
bizim karvan bizi bu yolda qorusaydı
ürəyimə ilk girən an qovsaydım
mənim karvanım olsaydı
qırıq divar, için yalan, mənim içim haram
mənim karvanım olsaydı
qırıq ürək, kobud külək, mənim ipim tarım
mənim karvanım olsaydı
üzümdə qar, mənim üzüm də var, sənə sözüm kalan
mənim karvanım olsaydı
üzülmə, yar, bəlkə sevmirəm deyə qışqırmıram
mənim karvanım olsaydı
olmazdı mənim dərin ürəyimin sancıları
mən susuz qalmazdım səhralarda
içərdim sənin ovucundan damcıları
xoş xəbər gətirmədi carçıların
uzaq düşməyin hər şeyi açıqladı
sənin suların kimi səni acıladım
hər gecə mən vərəqləri mən qamçıladım
[nəqərat] [sheyh ree]
mən sanki bir dərviş
sən səhreyi*karvan
dövr elə sən də, bax
dövr edir dünyeyi*dövran
o dilə alış, tüstüyə qarış
ürəyi qarış*qarış gəz
yağsa da yağış
ciyərə danış
sən tənbəki, qətran
mən sanki bir dərviş
sən səhreyi*karvan
dövr elə sən də, bax
dövr edir dünyeyi*dövran
o dilə alış, tüstüyə qarış
ürəyi qarış*qarış gəz
yağsa da yağış
ciyərə danış
sən tənbəki, qətran
Random Song Lyrics :
- pas prêt - fauve lyrics
- parathiro ston ourano - vasilis karras lyrics
- 늪 (six feet under) - vixx lyrics
- no olvidaras - various artists lyrics
- angsa & serigala - dhyo haw lyrics
- blue - fujifabric lyrics
- dün göztepenin - emel sayın & modern folk üçlüsü lyrics
- cousine - jul lyrics
- faith: a hymns collection album version - avalon lyrics
- minha rainha - various artists lyrics