
karnaval - tofig hajiyev lyrics
[bənd 1]
mən səni bir karnavaltək
həyəcanla gözlədim
günləri saymaq heç yormadı
fəsillər gəlib keçdi
uzaqlara belə getsən də
səni hər an düşünürəm
neyləyim ki, bu həsrətin
mənə əzab çəkdirməsin?
[nəqərat]
gəl, ürəyimin sahibkarı
birgə keçsin gənclik çağı
gecələr bitməz olur sən olmayanda
yuxusuz qalır gözlərim
gərgin olur sinirlərim
gözləyirəm səni
[bənd 2]
quşların oxumağıtək
uca səsini özlərəm
qaşqabaqlı baxışın belə
mənə təbəssüm bəxş edir
kaş toxuna biləydim
sənin incə telinə
zərif dərinə, gözəl ətrini
çəkə biləydim sinəmə
[nəqərat]
gəl, ürəyimin sahibkarı
birgə keçsin gənclik çağı
səhər açılmaz olur sən olmayanda
yuxusuz qalır gözlərim
gərgin olur sinirlərim
gözləyirəm səni
gəl sevgilim, gəl, sevdiyim, gəl…
[çıxış]
səmaya doğru addımlaram
qanadlarımın açılmasını hiss edirəm
sənə aşıq oluram
qəlbimi sənə verdim
Random Song Lyrics :
- protein och var - skitarg lyrics
- lo mío - lynda thomas lyrics
- jess song - ghetts lyrics
- sleep - atlas lyrics
- valgrind - pandrador lyrics
- zauvek ti pripadam - andreana čekić lyrics
- heaven sent hell on earth - lordi lyrics
- waiting for love (carnage & headhunterz remix) - avicii lyrics
- ancient plain - key losers lyrics
- cariño reptil - el kuelgue lyrics