
gəlməsin - toğrul şəkəralızadə lyrics
[bənd 1]
de gəlsin, sevsin
sözləriylə məhv etsin
yalnızlığı mənə versin
çıxıb getsin, getsin
axı gəlməz, sevməz
mənsizliyi mənə verməz
gözləriylə yenə gülməz
mənə gülməz, axı gülməz
onsuz, sonsuz
bir yol düşün, amma yolsuz
yarı aydır, yarı ulduz
milyon qədər, amma sonsuz
düşündüm və güldüm
yorğunam və küskün
beynim dumanlı, tüstü
yuxu gördüm, onu gördüm
[nəqərat]
sənsizlik mənə
gəlməsin bir daha mənə
dönməsin…
sənsizlik mənə
gəlməsin bir daha mənə
dönməsin…
[bənd 2]
könlüm səninlə qalsın
ya da könlün yanımda qalsın
sönsün sənin də şansın
ya da sönsün içimdə yanğın
düşdü beynimə ətrin
bax sənsiz külək də əsdi
ətrin küləklə gəldi
mənə yalnız fırtına bəsdir
gündüz gözləri yolda
bax bumbuz əlləri sonda
sənsiz bahardır, amma
sən güldü gözləri sanma
zülmət düşdü qaraldı
hava bəyazdan qaranlıq
açdım gözümü bir anlıq
mənə işığı ver, ver artıq
[nəqərat]
sənsizlik mənə
gəlməsin bir daha mənə
gəlməsin…
gözlərim səni
görməsin bir daha səni
görməsin…
Random Song Lyrics :
- dat loud (remix) - dahaq lyrics
- [mlg] zapd - josip on deck lyrics
- move yourself - derreck simons lyrics
- sober (acoustic) - morgan's sandpit lyrics
- hombres de hierro - o'connor lyrics
- lolo - gigi lamayne lyrics
- roadrunner - a.t.d (awsm the dawg) lyrics
- i wanna know - marllie lyrics
- gol argentino - ricardo iorio lyrics
- club x-rated - mr. sancho lyrics