
qəzəl - tünzalə ağayeva lyrics
[bənd 1]
bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
bir gün yetərik vəslə, əgər qismətimiz var
bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
bir gün yetərik vəslə, əgər qismətimiz var
[bənd 2]
hər kimsə bu naz ilə səni bəsləyə bilməz
xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var
hər kimsə bu naz ilə səni bəsləyə bilməz
xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var
[bənd 3]
biz istəyirik cənnəti və baği*behişti
çün bağımız həm solmayacaq cənnətimiz var
biz istəyirik cənnəti və baği*behişti
çün bağımız, həm solmayacaq cənnətimiz var
[bənd 4]
bülbül də bizim, gül də bizim, el də bizimdir
kimdən, gözəlim, indi bizim minnətimiz var?
bülbül də bizim, gül də bizim, el də bizimdir
kimdən, gözəlim, indi bizim minnətimiz var?
[keçid]
bülbül də bizim, gül də bizim
bülbül də bizim, gül də bizim
el də bizim, gül də bizim, bülbül də
bülbül də bizim, gül də bizim
[bənd 5]
qorxma, bizi bir qüvvə pərişan edə bilməz
zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var
qorxma, bizi bir qüvvə pərişan edə bilməz
zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var
[bənd 6]
dağlar hərəkət etsə də hətta bizə qarşı
dəf etməyə aciz deyilik, hümbətimiz var
dağlar hərəkət etsə də hətta bizə qarşı
dəf etməyə aciz deyilik, hümbətimiz var
[bənd 7]
qüvvətli təbiət bizə baş əyir indi
eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var
qüvvətli təbiət bizə baş əyir indi
eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var
[bənd 8]
qüdrətli zəfər bayrağı parlar əlimizdə
azadəliyə, sülhə böyük rəğbətimiz var
qüdrətli zəfər bayrağı parlar əlimizdə
azadəliyə, sülhə böyük rəğbətimiz var
azadəliyə, sülhə böyük rəğbətimiz var
azadəliyə, sülhə böyük rəğbətimiz var
Random Song Lyrics :
- hampir jadi - radhini lyrics
- скоротечно (it's fleeting) - пневмослон (pneumoslon) lyrics
- body language - 143 lyrics
- milkshake - vanilla baddie lyrics
- tou kosmou afto to kati - eleftheria arvanitaki lyrics
- killing me - mblue lyrics
- baby - michael jacques parker lyrics
- schlechte tage - ness lyrics
- ben sadece - ferdi tayfur lyrics
- walkdontrun - deford lyrics