
kimdir o - türkanə kərimli lyrics
[bənd 1]
məni səndən bəlkə bir gün sorsalar
deyərsən ki: “tanımıram ki, kimdir o?”
gözlərində yaş damlası görsələr
deyərsən ki: “küləkdəndir, nəmdir o”
[keçid]
xoş günləri xatirədən silərsən
göz ağlasa, dodağında gülərsən
nəfəsimi küləklərə verərsən
deyərsən ki: “dumandır o, çəndir o”
xoş günləri xatirədən silərsən
göz ağlasa, dodağında gülərsən
nəfəsimi küləklərə verərsən
deyərsən ki: “dumandır o, çəndir o”
[nəqərat]
o*o, çəndir o, çəndir o
deyərsən ki: “dumandır o, çəndir o”
o*o, çəndir o, çəndir o
deyərsən ki: “dumandır o, çəndir o”
[bənd 2]
sən xoşbəxt ol, nə fərq edər, mən varam
həyatına vaxtsız yağan bir qaram
ürəyində tor bağlamış bir qoram
deyərsən ki: “kədərdir o, qəmdir o”
[keçid]
bəlkə dönüb dalğalara qarışsam
ovcunu aç, göydən yağan yağışam
əgər bir gün öz*özünlə danışsan
deyərsən ki: “içimdəki məndir o”
bəlkə dönüb dalğalara qarışsam
ovcunu aç, göydən yağan yağışam
əgər bir gün öz*özünlə danışsan
deyərsən ki: “içimdəki məndir o”
[nəqərat]
o*o, məndir o, məndir o
deyərsən ki: “içimdəki məndir o”
o*o, məndir o, məndir o
deyərsən ki: “içimdəki məndir o”
o*o, kimdir o, kimdir o?
deyərsən ki: “içimdəki məndir o”
o*o, kimdir o, kimdir o?
deyərsən ki: “dumandır o, çəndir o”
o*o, kimdir o, kimdir o?
deyərsən ki: “kədərdir o, qəmdir o”
o*o, kimdir o, kimdir o?
deyərsən ki: “içimdəki məndir o”
Random Song Lyrics :
- spacebubu - piao lyrics
- resolvi fazer um samba - lou garcia lyrics
- loose - cinnamon babe lyrics
- ogledalo - crna lista lyrics
- i miss you - yxng davi lyrics
- lucy - hứa kim tuyền lyrics
- torali - priyankush jyoti bora lyrics
- u can't ignore me - gavin creel lyrics
- newest in the migos - yuno miles lyrics
- 夕焼けドロップ (yuuyake drop) - hiroshi nagano & yoshihiko inohara lyrics