
bu sirri bir sən bil, bir də mən bilim - vasif məhərrəmli lyrics
[bənd 1]
sevgi ömürlükdür, bircə an deyil
sənsiz bir cansızam, canım can deyil
sevgi ömürlükdür, bircə an deyil
sənsiz bir cansızam, canım can deyil
allahın özü də sirr açan deyil
allahın özü də sirr açan deyil
bu sirri bir sən bil, bir də mən bilim
[nəqərat]
sən yanan ulduzsan, mən doğan ayam
sən axan çeşməsən, mən dəli çayam
sən yanan ulduzsan, mən doğan ayam
sən axan çeşməsən, mən dəli çayam
kimlərə sovqatam, kimlərə payam
bu sirri bir sən bil, bir də mən bilim
kimlərə sovqatam, kimlərə payam
bu sirri bir sən bil, bir də mən bilim
[keçid]
sən allah, qırağa çıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
kiminsə evini yıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
bu sirri bir sən bil, bir də mən bilim
[bənd 2]
sən şahlıq istədin, fərmanın oldu
sən əlac istədin, dərmanın oldu
sən şahlıq istədin, fərmanın oldu
sən əlac istədin, dərmanın oldu
zəlimxan neçə yol qurbanın oldu
zəlimxan neçə yol qurbanın oldu
bu sirri bir sən bil, bir də mən bilim
[nəqərat]
sən yanan ulduzsan, mən doğan ayam
sən axan çeşməsən, mən dəli çayam
sən yanan ulduzsan, mən doğan ayam
sən axan çeşməsən, mən dəli çayam
kimlərə sovqatam, kimlərə payam
bu sirri bir sən bil, bir də mən bilim
kimlərə sovqatam, kimlərə payam
bu sirri bir sən bil, bir də mən bilim
[çıxış]
sən allah, qırağa çıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
kiminsə evini yıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
sən allah, qırağa çıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
kiminsə evini yıxmasın bu söz
bu sirri bir sən bil, bir də mən bilim
bu sirri bir sən bil, bir də mən bilim
Random Song Lyrics :
- samo na noć - alden (bih) lyrics
- bong - busa pista lyrics
- grej me, grej - snežana đurišić lyrics
- сон (dream) - nikulin lyrics
- i met her today - eddy arnold lyrics
- beautiful son (live on the world) - hole bootleg albums lyrics
- minha felicidade - thiago freitas lyrics
- die first - muillet lyrics
- condition of my heart - martyn joseph lyrics
- i don't want you to know - reserv lyrics