
unut görüm - vedad [az] lyrics
[bənd 1]
sən məni, əzizim, unuda bilsən
gərək baxmayasan yağan yağışa
açıb könlümüzü bir çətir kimi
o yağış altında gəzmişik qoşa
əzizim, sən məni unuda bilsən
gərək keçməyəsən o küçələrdən
vüsal çəkiləcək son bahar kimi
intizar dinəcək lal gecələrdə
[nəqərat]
əzizim, sən məni unuda bilsən
yaralı könlünü bir ovut, görüm
məni unutmağı asan bilmisən
unuda bilirsən, gəl, unut, görüm
əzizim, sən məni unuda bilsən
yaralı könlünü bir ovut, görüm
məni unutmağı asan bilmisən
unuda bilirsən, gəl, unut, görüm
[bənd 2]
əzizim, sən məni unuda bilsən
ulduzlu göylərdən gözünü çəksən
yalqız gecələrdə pıçıldaşanda
sən mənim səsimi eşidəcəksən
əzizim, sən məni unuda bilsən
bir də o gözlərə kim baxacaqdır?
saçına əl vurma, aman günüdür
mənim əllərimçün darıxacaqdır
[nəqərat]
əzizim, sən məni unuda bilsən
yaralı könlünü bir ovut, görüm
məni unutmağı asan bilmisən
unuda bilirsən, gəl, unut, görüm
əzizim, sən məni unuda bilsən
yaralı könlünü bir ovut, görüm
məni unutmağı asan bilmisən
unuda bilirsən, gəl, unut, görüm
əzizim, sən məni unuda bilsən
yaralı könlünü bir ovut, görüm
məni unutmağı asan bilmisən
unuda bilirsən, gəl, unut, görüm
Random Song Lyrics :
- joão das pedras - marcelo ganem lyrics
- come l'estate - fily lyrics
- kamasoutra - enposib lyrics
- halo halo - sb newgen lyrics
- mire amigo - gerardo reyes lyrics
- moon ride - mr.mm worldwide lyrics
- mind games - eric church lyrics
- tragos, balas e traças de vinho - menestrel lyrics
- san michele arcangelo - leone tieri lyrics
- the fear - roadhog lyrics