vəd eləmə - vüqar əbdülov lyrics
[bənd 1]
mən sənə ömrümü bəxş eyləmişəm
sənsə ancaq mənə boş*boş sözlər
sən mənə: ‘’səbr elə, çox gözlə’’* dedin
güman etdin ki, bir ömür gözlə
mənə hər dəfə yalanlar demisən
bəs deyirsən ki, məndə suç yoxdur
sən cavan ömrümü gün*gün yemisən
nə deyirsən, günahım heç yoxdur?
mənə hər dəfə yalanlar demisən
bəs deyirsən ki, məndə suç yoxdur
sən cavan ömrümü gün*gün yemisən
nə deyirsən, günahım heç yoxdur?
[nəqərat]
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd eləmə
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd eləmə
[bənd 2]
aramızda olan hər şey qurtarır
istəməzdim, uzun illər itirim
qapqara saçlarım artıq ağarıb
biri də qalmadı şahid gətirim
nə səbr qaldı, nə əvvəlki inam
əməlinlə məni peşman elədin
ey mənim qəlbimə girmiş yad adam
ürəyimlə məni düşmən elədin
nə səbr qaldı, nə əvvəlki inam
əməlinlə məni peşman elədin
ey mənim qəlbimə girmiş yad adam
ürəyimlə məni düşmən elədin
[nəqərat]
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd eləmə
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd eləmə
[bənd 3]
gecələr fikrin ilə yatdım əgər
hər səhər yadıma tezdən düşdün
sənin bir ciddi sözün yoxdur məgər?
beləcə hər dəfə gözdən düşdün
var idin, heç kimə baxmazdı gözüm
cəmisi bir dəfə gəldin, getdin
məni eşqinlə qocaltdın, əzizim
can vüqar yazıq, üzüldün, getdin
var idin, heç kimə baxmazdı gözüm
cəmisi bir dəfə gəldin, getdin
məni еşqinlə qocaltdın, əzizim
can vüqar yazıq, üzüldün, getdin
[nəqərat]
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd еləmə
incitmə tanrı yaratdıqlarını
nə də boş*boşuna hüzur vəd eləmə
indi qaytar geri aldıqlarını
mənə bir başqa ömür vəd eləmə
gəl mənə başqa ömür vəd eləmə
Random Song Lyrics :
- memory - sasha keable lyrics
- relax - king myers lyrics
- flashy - l.o.c. lyrics
- you always knew - custard lyrics
- records we used to play - bronze nazareth lyrics
- elden - ulf lundell lyrics
- together - mr. mcswagger lyrics
- púšťam ťa - karmen pál-baláž lyrics
- show must go off [bonez diss] - koldi lyrics
- typen wie wir - serum 114 lyrics