
isa kimi - xanım ismayılqızı & aybəniz haşımova lyrics
[bənd 1]
bizim ömrümüzü bəzəmək üçün
sanki göndərilən mələk kimi idin
işıq paylayırdın sevdiklərinə
sən həyat kimi idin, ürək kimi idin
bu aləm, de, nədən dar gəldi sənə?
nə tez bu dünyadan köçməyə qaçdın?
bu qədər arzular yıxılıb qaldı
nədən son nəfəsi içməyə qaçdın?
[nəqərat]
hara baxırıqsa, səni görürük
elə bilirik ki, dönüb gələrsən
hara baxırıqsa, səni görürük
elə bilirik ki, dönüb gələrsən
bu dərdin içində boğulanlar üçün
isa, isa, isa kimi göydən enib gələrsən
isa, isa, isa kimi göydən enib gələrsən
[bənd 2]
atıldığın göydən, düşdüyün yerə
kaş ki qucağımı aça biləydim
bir göz qırpımında çatdığın yerə
mən də səninlə uça biləydim
gedişinlə dünya daşır üstümə
bu zülmü çəkməyə gücüm də yoxdur
fəsillər də yağır ovuclarıma
səhərim, axşamım, gecəm də yoxdur
[nəqərat]
hara baxırıqsa, səni görürük
elə bilirik ki, dönüb gələrsən
hara baxırıqsa, səni görürük
elə bilirik ki, dönüb gələrsən
bu dərdin içində boğulanlar üçün
isa, isa, isa kimi göydən enib gələrsən
isa, isa, isa kimi göydən enib gələrsən
isa kimi göydən enib gələrsən
[çıxış]
ruhumdan əlvida qopduğun anda
“allah, özün qoru”, * deyə bilmədik
bizə birömürlük ayrılıq yazan isa
isa yol almışdı göyə, bilmədik
Random Song Lyrics :
- kriza (radio edit) - barbi afrika lyrics
- leaves from the vine - maz (det) lyrics
- welcome to the party (remix) - kaki santana lyrics
- lost in the night - albert demuth lyrics
- doubt me - dmarkk lyrics
- kemp - kingdow lyrics
- a table for two (meez-e-dotaei) - siriya ensemble lyrics
- a little less cold - feldup lyrics
- wilt - frankie valet lyrics
- 動物凶猛 (dung6 mat6 hung1 maang5) (簡體字/simplified characters) - rubberband lyrics