
sevgi ağacı - xanım ismayılqızı & zakir əliyev lyrics
[bənd 1]
bir ağac var, sevgiyə bənzəyir o
neçə ildir, yol gözləyir o
yarpaqları kölgəsinə sevinir
payızında öz kölgəsinə enir
kimisə gözləyir, gözləyir bu ağac
[nəqərat]
küləklərdən üzü qabar bağlayıb
illər keçib, qürurunu saxlayıb
həsrətini heç kimə deməyib
təkliyi gizləyib, öz ömrünü yaşayıb
bir ağac var, sevgiyə bənzəyir o
neçə ildir, yol gözləyir o
[bənd 2]
bir ağac var, tək qalıb uşaq kimi
ömür sürür dünyada qonaq kimi
təbiətdən don geyinir əyninə
sadiq qalıb təkliyinin əhdinə
kimisə gözləyir, gözləyir bu ağac
[nəqərat]
küləklərdən üzü qabar bağlayıb
illər keçib, qürurunu saxlayıb
varlığıyla sevilmək üçün doğulub
tənhalıqda boğulub öz ömrünü yaşayır
bir ağac var, tək qalıb uşaq kimi
ömür sürür dünyada qonaq kimi
küləklərdən üzü qabar bağlayıb
illər keçib, qürurunu saxlayıb
varlığıyla sevilmək üçün doğulub
tənhalıqda boğulub öz ömrünü yaşayır
bir ağac var, tək qalıb uşaq kimi
ömür sürür dünyada qonaq kimi
[çıxış]
bir ağac var, sevgiyə bənzəyir o
Random Song Lyrics :
- gravity - shigga shay lyrics
- pow - neon heart lyrics
- up for you and i - minor majority lyrics
- monsieur x - falcko lyrics
- problem & lösung - nazar lyrics
- hustle hard - u.t.p lyrics
- clint eastwood (snoop dogg remix) - gorillaz lyrics
- oh shit, the cops - kid slim lyrics
- gunshotta blaze - mack beats lyrics
- this way - dub inc lyrics