
heç xəbərin olmayacaq - xanım ismayılqızı lyrics
[bənd 1]
belə getsə, təkliyimdən
heç xəbərin olmayacaq
sənsiz nələr çəkdiyimdən
heç xəbərin olmayacaq
elə bilmə, dözəcəyəm
dözüb, dözüb bezəcəyəm
dəli kimi gəzəcəyəm
heç xəbərin olmayacaq
olmayacaq
[nəqərat]
aylar, illər ötüşəcək
yenə səndən söz düşəcək
ruhum necə üşüyəcək
heç xəbərin olmayacaq
aylar, illər ötüşəcək
yenə səndən söz düşəcək
ruhum necə üşüyəcək
heç xəbərin olmayacaq
[bənd 2]
baxışlarım dil açacaq
hər ötənə əl açacaq
yaralarım gül açacaq
heç xəbərin olmayacaq
üstümü torpaq örtəcək
torpağı yarpaq örtəcək
qar da yağıb dümağ örtəcək
heç xəbərin olmayacaq
olmayacaq
[nəqərat]
aylar, illər ötüşəcək
yenə səndən söz düşəcək
ruhum necə üşüyəcək
heç xəbərin olmayacaq
aylar, illər ötüşəcək
yenə səndən söz düşəcək
ruhum necə üşüyəcək
heç xəbərin olmayacaq
ruhum necə üşüyəcək
heç xəbərin olmayacaq
ruhum necə, necə üşüyəcək
heç xəbərin olmayacaq
Random Song Lyrics :
- anyways - elmiene lyrics
- everything to lose* - d4vd lyrics
- ray2a - رايقة - shaimaa el maghraby - شيماء المغربي lyrics
- wieder wach - 29101998 lyrics
- dissonance. - venusdafur lyrics
- introspection - souldia lyrics
- on spot - 10kkev lyrics
- disease - lady gaga lyrics
- vida no vale - paloma claudia lyrics
- whoever it was - martyn joseph lyrics