
ağlar yenə də (duet versiya) - xatirə islam lyrics
[bənd 1]
daha gedirəm, səni mən artıq tərk edirəm
bilmirəm, heç özüm mən hayana gedirəm
ayrılırıq, sənə mən heç bir söz demirəm
belə yazılıb taleyim, səndən, inan, incimirəm
[keçid]
nə ümidim yox, nə güman yox
nə gecəm yox, nə sabah yox
[nəqərat]
kaş, ola o çağlar yenə də
gül aça o bağlar yenə də
sənsiz üzüm gülsə də bunu bil
sənsiz ürək ağlar yenə də
kaş, ola o çağlar yenə də
gül aça o bağlar yenə də
sənsiz üzüm gülsə də bunu bil
sənsiz ürək ağlar yenə də
[tunar]
gecə*gündüz soraqladım
tapmadım səni, ağladım
taleyimə yalvarıram
yenə səni axtarıram
gəl qayıdaq o illərə
düşsün bu sevgi dillərə
kaş yenə əvvəlki kimi
qovuşaydıq yenə də!
[bənd 2]
mən alışıram, yanıram, söndürsən, sönərəm
“öl” desən ölərəm, “dön” desən dönərəm
amma çox, heyif çox, heyif dön demədin mənə sən
dönə*dönə yalvarmışam, sən inadından dönəsən
[keçid]
inadkarsan, günahkarsan
nə xoş günlər, nə sən varsan
[nəqərat]
kaş, ola o çağlar yenə də
gül aça o bağlar yenə də
sənsiz üzüm gülsə də bunu bil
sənsiz ürək ağlar yenə də
kaş, ola o çağlar yenə də
gül aça o bağlar yenə də
sənsiz üzüm gülsə də bunu bil
sənsiz ürək ağlar yenə də
[tunar]
bir vaxt necə sevişərdik
gizli*gizli görüşərdik
o bağlarda görüşərdik
üşüyərdik, büzüşərdik
bu sevginin təsirindən
çox küsərdik bir*birindən
amma buna baxmayaraq
barışardıq yenə də…
Random Song Lyrics :
- da coochiest flow ii - fs baller lyrics
- doing it wrong - drakeee lyrics
- on s'en ira - wilson lyrics
- couple plays - a-dub lyrics
- little gidding - chisel lyrics
- blxxd xn my hands - tdk t-ẞeezle lyrics
- kepupus restu - bandrastres lyrics
- brother - nerv lyrics
- regnet - mpire lyrics
- take inventory - the isley brothers lyrics