
söz - yana mary lyrics
nəqarət
söz qəlb qırır ancaq
o arı kimi sancar
bizim qəlbimiz şüşə deyil
amma tez sınır ancaq
bənd
yox idi heçnə, tək var idi söz
yox idi işıqda heç, kor idi göz
yox idi ol sözü, yox idi əhəmiyyət
bu sözlə var olub bil bütün bu bəşəriyyət
mənimlə gəl… düşünmə nətər olar
bir zəng, bir səs, bir söz yetər ola
söz zəhər olar
sevincə kədər olar
bir adi söz ilə, bil illərin hədər olar
və indi hamı üzgün, özündən küsgün
niyyətin dilinə heç gəlmirsə düzgün
söz olur ox kimi, hədəfi səhv vurur
sözlər xoş deyil, sözlər qəlb qırır
nəqarət
söz qəlb qırır ancaq
o arı kimi sancar
bizim qəlbimiz şüşə deyil
amma tez sınır ancaq
bənd
sevginin ifadəsinə cümlələr bəs eləmir
əlini qəlbinə qoy, dərindən səsim gəlir
gizlətmə hisləri, mənə nə varsa göstər
bəzəndə susar dodaqlar danışar gözlər
söz bumeranq, özünə qayıda bilər
ya bizi cəm edər söz, ya bizi ayıra bilər
hiyləsi yalanı bol, keçərək qanına girər
inanma hər sözə, o səni yanında bilər
ən möhkəm sütunları sadə bir söz aşırar
bir acı söz səbəb ola bilər göz yaşına
söz olur ox kimi, hədəfi səhv vurur
sözlər xoş deyil, sözlər qəlb qırır
nəqarət
söz qəlb qırır ancaq
o arı kimi sancar
bizim qəlbimiz şüşə deyil
amma tez sınır ancaq
Random Song Lyrics :
- 手をつなぐ理由 - 西野 カナ lyrics
- beautiful≒sentence (chaosic rune form) - 内田 彩 lyrics
- my only one - wu-tang clan lyrics
- keep it hid - robert plant lyrics
- marrones - bukano feat. andrea coombes lyrics
- 105 - sloan peterson lyrics
- outta my hair - logan paul lyrics
- first in flight - io lyrics
- don't quit (feat. travis scott & jeremih) - dj khaled lyrics
- catorce años atrás - jorge marazu lyrics