
səni sevməyi sevirəm - yaşar cəlilov lyrics
[bənd 1]
səni gözləməyi gözlədim
yenə sənsiz səni səslədim mən
səni istəməyi istədim, inan
səni duymaq istər hisslərim mənim
səni duymaq istər gözlərim
sənin olmaq istər ürəyim, inan
[keçid]
dal xəyallara
dön yuxulara
gəl arzulara
görüm səni yenə
[nəqərat]
bu, nə sevgi, bu, nə intizar?!
səbəbini bilə bilmirəm
bunu sənə necə söyləyim ki mən?
səni sevməyi sevirəm
gecə düşür, yenə qorxular
nəfəsini duya bilmirəm
soyuq divarlara yazıram
mən səni sevməyi sevirəm
[bənd 2]
gözləməyə gözlədim
yenə səni səslədim mən
səni istəməyi istədim, inan
səni duymaq istər hisslərim
duymaq istər gözlərim
sənin olmaq istər ürəyim, inan
[keçid]
dal xəyallara
dön yuxulara
gəl arzulara
görüm səni yenə
[nəqərat]
bu, nə sevgi, bu, nə intizar?!
səbəbini bilə bilmirəm
bunu sənə necə söyləyim ki mən?
səni sevməyi sevirəm
gecə düşür, yenə qorxular
nəfəsini duya bilmirəm
soyuq divarlara yazıram
mən səni sevməyi sevirəm
bu, nə sevgi, bu, nə intizar?!
səbəbini bilə bilmirəm
bunu sənə necə söyləyim ki mən?
səni sevməyi sevirəm
gecə düşür, yenə qorxular
nəfəsini duya bilmirəm
soyuq divarlara yazıram
mən səni sevməyi sevirəm
Random Song Lyrics :
- cozy up - toby lightman lyrics
- moment - mattybraps lyrics
- jogo de negro - projeto preto lyrics
- corpse - brace for mavericks lyrics
- it's necessary - kevin junior lyrics
- spring is here - o'hene savant lyrics
- escapate conmigo - wisin lyrics
- kolorowe sny - just 5 lyrics
- metallo - elisa rossi lyrics
- find you (beauty is..) - aaron kabeya lyrics