
qayıt, əzizim - zülfü əsədzadə lyrics
[bənd 1]
sən gedəndən ətirsizdir bağlarda güllər
günəşsiz qaldı sənsiz günlər
daha da əziz oldun, müqəddəs oldun
zərif xatirə oldun, uzaq səs oldun
ürəktək yaxın oldun, görünməz oldun
əlçatmaz, ünyetməz oldun
[nəqərat]
məhəbbətin göylərdən böyük, təmiz
başım üstə yaşayır o
səndən qalan xatirəm * mavi dəniz
böyüklüyün səmadan, bəhərin təmiz
səndən qalan xatirəm * mavi dəniz
əziz dənizim mənim
[bənd 2]
ötən günlər yaşadır kölgəmizi bizim
sənin şəklin gözümdə qalıb
oyan, xatirəm mənim. danış, dənizim
sözlərini mən sənin dillərdən yığım
əziz gülüşlərini güllərdən yığım
qoy dil açsın xatirələr
[nəqərat]
məhəbbətin göylərdən böyük, təmiz
başım üstə yaşayır o
səndən qalan xatirəm * mavi dəniz
böyüklüyün səmadan, bəhərin təmiz
səndən qalan xatirəm * mavi dəniz
əziz dənizim mənim
əziz dənizim mənim
Random Song Lyrics :
- lemurs in the walls - i've made too much pasta lyrics
- mausoleum - raheem ali the great lyrics
- daj spokój remix - rafraf lyrics
- my lord - levite sound lyrics
- hastalık - rota lyrics
- deathwillcome (feat. grxxxwn) - vexxxx lyrics
- fell in love - sea scott lyrics
- last chance - savv lyrics
- lovely nights - 76deep lyrics
- ville - outlaw curry lyrics