lirik lagu payız – abd malik (dəyirman)
[bənd 1]
yadımdadır hər sözün, necə yalvarırdın – getmə
diz üstdə sürünüb, ətəyimdən tut*rdun – getmə
yalvarırdın ki, mənsiz yoxsan bu dünyada
mənsə səfeh, inanırdım hər sözünə
gic kimi qayıdıb səhvi axtarırdım içimdə
həvəslənirdim ki, günah məndədir bu dəfə
hər dəfə bunlar olurdu, hər dəfə
nə badə deyəsən ki, bu son dəfədir
bəs deyildi, dırmaşırdın qızıl dağlarına
dartırdın məni bu ağciyərlərin “круг”larına
bəs demirdim sənə * bəsdir, yoxdur haqq orda
inanmırdın, deyirdin “ziyankar” mənə
mütləq hər paltarın düşməliydi gözlərə
bu varlı, plastic kuklaların dillərinə
mütləq hər kəs deməliydi, mütləq
kəpənəkdən dönüb olmuşdun milçək
evlər * onlarınkı nə daş, nə qumdur
təməlin, əzəlin tərkibi mumdur
bir gün şam alışacaq, əzizim
o gün hamısı, mənim balam, əriyəcək, əzizim
bilirdin ki, hər şey bu həyatda nəsib olmur
bilirdin ki, hər arı şanı balla dolmur
bilirdin ki, keçmiş gələcək ola bilər
qızıl payız gümüşə dönə bilər
[nəqərat]
hanı o payız, xəzan nəfəsi?
romantika, romantika, yellət bizi
oğurladı səni yel kimi azma
həbs etdi bu xanım dünya
bu xanım dünya
[bənd 2]
indi sən bir gözlü, zibilə atılmış kuklasan
heç kimə lazım olmayan plasmas əşyasan
səhnədə çoxdandır yoxdur tamaşa
publika zövqü dəyişilib maraq başqalarda
bircə qalıb o pafos sənin daxilində
hansı yeyir təkəbbürlüyünü gündən*günə
ayıl, zəmanə deyil o zəmanə
bircə mən qaldım əmanət həyatında
azacıq yerə dəydin, onlar yox oldu
həmən onlar ki, keçmişdə dost oldu, nə oldu?
qurduğun butafor bir gündə puç oldu
həqiqi dekor çirkin fors oldu, bəs nə oldu?
hə, olur, üzümüz tez*tez palçığa bulanır
hərdən palçıq üzümüzün formasını alır
quruyub qalır, heykəllərə dönürük
canlı bəndə olaraq ölülərə çönürük
o xəzan ovsunladı məni, səni isə aldatdı
zülmətdə itdin azmış yelkən kimi
oğurladı səni yel kimi azma
həbs etdi bu xanım dünya
hanı o payız xəzan nəfəsi?
ürəyimə pıçıldadın ki, sevirsən məni
o zaman sən güdmürdün dünya cismini
romantika, romantika, yellət bizi
[nəqərat]
hanı o payız, xəzan nəfəsi?
romantika, romantika, yellət bizi
oğurladı səni yel kimi azma
həbs etdi bu xanım dünya
bu xanım dünya
hanı o payız, xəzan nəfəsi?
romantika, romantika, yellət bizi
oğurladı səni yel kimi azma
həbs etdi bu xanım dünya
bu xanım dünya
dünya…
lirik lagu lainnya :
- kumpulan lirik lagu jason isbell › lirik lagu soldiers get strange – jason isbell
- kumpulan lirik lagu patsy cline › lirik lagu heart you break may be your own – patsy cline
- kumpulan lirik lagu mily atz › lirik lagu bryza – miły atz
- kumpulan lirik lagu смоки мо smoky mo › lirik lagu флоу 19 (flow 19) – смоки мо (smoky mo)
- kumpulan lirik lagu fred neil › lirik lagu other side to this life – fred neil
- kumpulan lirik lagu sylvie vartan › lirik lagu since you don’t care – sylvie vartan
- kumpulan lirik lagu boys only hwb › lirik lagu hype beast – boys only (hwb)
- kumpulan lirik lagu luna luna german › lirik lagu nur ein lied – luna luna (german)
- kumpulan lirik lagu polysics › lirik lagu vow vow – polysics
- kumpulan lirik lagu waylander › lirik lagu of fear and fury – waylander