lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu bəxtimin ulduzu – akif islamzadə

Loading...

[bənd 1]
bir çiçəksən, ətrindən lalələr xumar*xumar
bir gözəlsən, gözündə sehrlər, cadular var
bir təbibsən, istəsən, xəstələr şəfa tapar
bu səadət görəsən kimə qismət olacaq, olacaq?

[nəqərat]
sevirəm, sevirəm
sevirəm, yar
sevirəm, sevirəm
sevirəm, yar

[bənd 2]
bir bulaqsan, mahnına heyrandır dağlar sənin
bir çaysan ki, səsindən dirilər bağlar sənin
bir bülbülsən, dərdindən solar bu dağlar sənin
bu gözəllik, bilmirəm, axır kimə qalacaq, qalacaq?

[nəqərat]
heyranam, heyranam
heyranam, sənə
heyranam, heyranam
heyranam, sənə

[bənd 3]
bir mələksən, pak, təmiz, həm də şirin, füsunkar
bir afətsən, əsirin olan çətin qurtarar
canım əmanətindir, nə gecikmə, gəl apar
baxtımın ulduzusan sən ancaq, sən ancaq
[nəqərat]
sevirəm, sevirəm
sevirəm səni
sevirəm, sevirəm
sevirəm, səni

heyranam, heyranam
heyranam, gözəl
sevirəm, sevirəm
sevirəm, yar
sevirəm, yar
sevirəm, yar…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...