lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sən əslisən, mən kərəm – akif islamzadə

Loading...

[bənd 1]
şairlərin sözündə
sən aysan, mən ülkərəm
aşıqların sazında
sən əslisən, mən kərəm

[nəqərat]
ay, sənə qurban, sənə
can sənə qurban, sənə
ay, sənə qurban, sənə
can sənə qurban, sənə

insaf eylə, az məni
odlara yandırsana
insaf eylə, az məni
odlara yandırsana

[bənd 2]
aşıqların sazında
sən mizrabsan, mən teləm
şeir, sənət yazında
sən gülsən, mən bülbüləm

[nəqərat]
ay, sənə qurban, sənə
can sənə qurban, sənə
ay, sənə qurban, sənə
can sənə qurban, sənə
eşqini min naz ilə
sən mənə anlatsana
eşqini min naz ilə
sən mənə anlatsana

[bənd 3]
şeir, sənət bağında
sən nəğməsən, mən sözəm
ömrümün gənc çağında
sən günəş, mən gündüzəm

[nəqərat]
ay, sənə qurban, sənə
can sənə qurban, sənə
ay, sənə qurban, sənə
can sənə qurban, sənə

həyatıma nur saçıb
məni işıqlatsana
həyatıma nur saçıb
məni işıqlatsana

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...