lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu bir gecənin səni – ali ashikar

Loading...

[bənd 1: şahin əlizadə]
o gözlərinə yazıram mahnılar
uzun saçların tökülür əllərimə
dayan, həsrətim, dayan, tələsmə
doyunca baxım, getmə, qal, getmə

[keçid: şahin əlizadə]
dayan, mənə gecələrdən danış
gəl, soyuq əllərindən danış
danış ulduzların özündən
itib getsin yuxu gözümdən

mənə gecələrdən danış
gəl, soyuq əllərindən danış
danış ulduzların özündən
itib getsin yuxu gözümdən

[nəqərat: şahin əlizadə]
otağım boş, qəlbim sənsiz
gəl, söz keçir hisslərimə
bir gecənin yarı, sənsiz
yazdım şeir gözlərinə

[bənd 2: ali ashikar]
şəhəri izləyərək yazdım şeir gözlərinə
bu şeir sənin olsun, qoy toxunsun hisslərinə
gecəni yatmıram indi, yazıram, səhər açılır
bəlkə də çox öyrəşmişdim o vaxt dizlərinə
bəlkə də mənimsən indi, bəlkə də başqasının
bəlkə də məni düşünərək sevirdin başqasını
bəlkə də yaş asılır, kipriyindən süzülür
əllər alır qarşısını

sən orda rahat deyilsən, yenidən başlayaq, gəl
yenidən islanaq şəhərin küçələrində
sən orda bahar deyilsən, adından utan və gəl
yenidən islanaq şəhərin küçələrində

könlü almağı bilməyənə ömür əmanət olunmaz
fədadır canım, ömrüm, bu könül səndə, unutma
səni qaytarmağa yetməz, dənizləri də qurutsam
çay soyuqsa, tütün yanar, üşümərsən soyuqda

[nəqərat: şahin əlizadə]
otağım boş, qəlbim sənsiz
gəl, söz keçir hisslərimə
bir gecənin yarı, sənsiz
yazdım şeir gözlərinə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...