lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu natamam – ali ashikar

Loading...

[bənd 1]
səni ilk dəfə görəndə anladım ki, mən
sevəndə ürəyim necə döyünür
mən tən olan ömrümü tamamlamaqçün
yanına gəldim və sənlə böldüm

sənlə gördüm mən həyatın hər üzünü
təmiz qalan ancaq ikimiz idik və
birləşib önümüzə çıxan hər əngəldə
sağ qalanlardan biri biz idik

qaranlığıma günəş olduğun gündən
zülmət buralara düşmür daha
əllərin əlimdə olduğu gündən
buz əllərim mənim üşümür daha

xətrinə dəyəndə yata bilmirdim
əsəbdən gecələr olurdu haram
əqrəb dönürdü, donurdu zaman
buludlarını gecə qovurdu səma

tapa bilmərəm mən özümü, sən olmasan
güzgülər də üzümə baxmaz mənim
usanmaram sənə baxmaqdan
gəl, ümidini üzmə bu axmaqdan
mən rahat oluram sənin qollarında
sənin ürəyin evimdirsə, ürəyim evindir
ala bilmədim mən bəlkə də hədiyyələr
amma sən nə olsa, həmişə sevindin

ne etsək də, biz bir bölüşürük
və qismət olar bizə bir qocalmaq
eyni gəmilərdə, eyni yelkəndə
istərəm səninlə bir yol olmaq

unuduram hər şeyi, ən pis günləri
sən güləndə, biz bir olanda
gizlət mahnımı hər kəsdən
saxla özündə sirr onlardan

[nəqərat]
bir gedək uzaqlara, gəl tut mənim əlimdən
nəfəsinin istisini hiss edim ən dərində
gülləri toplayaraq yollarına sərim mən
varam bu həyatda hər şeyə mən səninlə

bir gedək uzaqlara, gəl tut mənim əlimdən
nəfəsinin istisini hiss edim ən dərində
gülləri toplayaraq yollarına sərim mən
varam bu həyatda hər şeyə mən səninlə
[bənd 2]
mən səndən güc alıram, bil
sən olmasan, mənim ömrüm bitər və
tək mən sənlə bir oluram
sən getmə ki, bu sevgi ikimizə yetə

birdən*birə dəyişdi hər şey
özüm də bilmədim kimdir günahkar
kindir səbəbkar olub bitənlərə
heç bilmədim ki, kimdir riyakar

gözüm kordur, qulağım kar
görüb eşitmədən səni bəstələdim mən
sən sevgini anlamasan belə
ömrümü tək sənə həsr elədim mən

“gün gələr, hər şey düzələr” deməklə
inan ki, hər gün səhv elədim mən
azadlığını əlindən aldım
bir qəfəsdə səni həbs elədim mən

tut əlimdən, birgə uzaqlara gedək ki
yad qalaq ən pis anlara
gizlənək hər kəsdən, güzgüdən də
göstərməyək özümüzü gəl biz onlara
ağ*qara görünən dünyanı rəngləmək olsaydı
kaş ki fərqli tonlara
fərqli sonlarla bitərdi həyat
və başlaya bilərdi yeni sezonlara

yenidən geri dönə bilsəm kaş
başlaya bilsəm hər şeyə yenidən
yenidən gələ bilsəm dünyaya
bir səni tapardım inan ki, yenidən

yenidən yeni günlərə ümidim yox
var gümanım sonlara yenidən
yenidən məni yerdən qaldırdın
yelkənlərə küləyəm yenidən

[nəqərat]
bir gedək uzaqlara, gəl tut mənim əlimdən
nəfəsinin istisini hiss edim ən dərində
gülləri toplayaraq yollarına sərim mən
varam bu həyatda hər şeyə mən səninlə

bir gedək uzaqlara, gəl tut mənim əlimdən
nəfəsinin istisini hiss edim ən dərində
gülləri toplayaraq yollarına sərim mən
varam bu həyatda hər şeyə mən səninlə

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...