lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qəribə həyat – anar nağılbaz

Loading...

[bənd 1]
bu həyat nə qədər qəribə həyat
gahdan alov kimi qəlbi bürüyür
gahdan məzlumlara ağıl və həya
gahdan dövlətlini yerlə sürüyür

insan görmüşəm ki, söz dilənçisi
pulunu maşınlar saya bilməyir
kasıb, dünya boyda söz bilən kişi
bir kəlmə məclisdə, yasda dinməyir

“vətən, vətən” deyib yalan ağlama
ağlın bir düşmənin dırnağıyca yox
özünü gələcək üçün saxlama
onsuz da vətənin, elin dərdi çox

yanma pərvanətək həyat şamına
düşünmə qayıdar bir də xanələr
əgər düşməsəydi həyat kamına
inan, yazılmazdı həyatnamələr

içimdə min qorxu, min bir həyəcan
dərdi bölüşməyə şeirimdir yalnız
hanı dediyimiz bir*birimizə “can”?
göz yaşı içində qalmışam yalqız
uduram, uduram, qəhərlənəydim
papiros tüstüsündən acıdır bu su
kaş ki, bir dəfəlik zəhərlənəydim
yetəydi həyata kaş ki, bu arzu

niyə yaşayıram, kimə lazımam?
kaş ki, bu dünyada daş doğulaydım
toxunma, çuquntək mən də n*z*məm
bir daha dinmərəm – “kaş doğulaydım”

min cür şər yaxırlar gündə boynuma
izləyir hər addım, min cür səs məni
atılmaq istərəm xəzər qoynuna
belə ki, tapmasın heç bir kəs məni

[nəqərat]
o…
o həyat
qəribə həyat, qəribə həyat

o…
o həyat
qəribə həyat

[bənd 2]
tez gedər yesən də, şəkərin dadı
həyat şirinliyi bu cürdür, vallah
çətin ki, anarın yaşasın adı
bu həyat, bu dünya bir sirdir, allah
yaşım ötməyibdir, ancaq nagəncəm
həyatı qocatək görmüş kimiyəm
ya bu gün, ya sabah, bir gün sönəcəm
güllə dəyməsə də, ölmüş kimiyəm

zəhərli görünür mənə bu hava
həyatın özü də sanki bir nağıl
oğul lazımdır ki, dözsün əzaba
qələbə çalmağa lazımdır oğul

[keçid]
qəribə həyat…
qələbə çalmağa lazımdır oğul
qəribə həyat, qəribə həyat…

[bənd 3]
bir gecə, özümlə tək qalan gecə
işıqlar batırıb ay işığını
oğul istəyirəm, zülmətdə seçə
ana təbiətin yaraşığını

hər bir saatına iki saatı var
qəlbim saat kimi həyəcan çəkir
fırlanır başıma bütün saatlar
başımın ağrısı qayacan çəkir
[nəqərat]
o…
o həyat
qəribə həyat, qəribə həyat

o…
o həyat
qəribə həyat

[bənd 4]
deyil vecimizə, bizimdir boş yol
yarı yolda qoymaz bu köhnə maşın
həyatla oyunun qurtarsa “ноль*ноль”
inan, heç bir zaman ağrımaz başın

boş yol bizimkidir, yolumuz kəsə
boş yol bizimkidir, qorxu azalır
deyirdim, mənlə gəl, ölüm, üz*üzə
bəs hansı qorxudur qəlbi tez alır?

evdəyik, baxıram şüşə dalından
bu ev bayırdan da genişdir mənə
bir ölüm qorxusu axır alından
ölümü sevinclə dəyişdir mənə

zülmətdə boş yolu yaxşı görürük
həyatın yolunu tapa bilmədən
beyni boş fikirli nitqlərlə yoruruq
nədir boş sözlərə bizi dinlədən?

[nəqərat]
o…
o həyat
qəribə həyat, qəribə həyat

o…
o həyat
qəribə həyat

[keçid]
danışa bilməyən öz talesiylə
dünyanın talesin həll edə bilməz
danışa bilməyən haqqın səsiylə
ömrün şirinlikdə bal edə bilməz

[çıxış]
qəribə həyat, qəribə həyat
qəribə həyat…
qəribə həyat, qəribə həyat
qəribə həyat…
(qəribə həyat…)

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...