lirik lagu bir müddət – badclause music
[bənd 1]
getdi cavanlıq əlimdən, dərdləri ömrün ən gözəl vaxtlarında çəkdim
kədər toxumların qəlbimin ən münbit torpaqlarında əkdim
qıza görə dostlarım da çəkilir, çoxalır otel otaqlarında şəklim
artıq mənə fərq eləmir, qalır onla birgə ünvanlarında hər kim
belə olmağın istəməzdim, istəməzdim mən düzü heç özüm də
parıldamır daha baxışlarım, çoxdan batıbdır günəşim üzümdə
keçmişə baxmıram üzrlə, qopmur “darıxmışam” cümləsi könüldən
həyatın çətinliyindən danışan dostlarının de, neçəsi üzləşib ölümlə?
o bağlı qapıların heç birin açmamışam sənlə
unutmuşam gülüşünü, necə olursan güləndə?
qaçdım boş şeylərin uğruna, çox yoruldum mən də
çox dirəndim, çox dözdüm sənə, heyif, alınmadı yenə də
axtarma, bir də məhəllənizdə gözləyən deyiləm saatlarla
əsəbi, yalqız, nifrətini tökür gecə whatsapp’da statlarına
həyatın xeyli monoton gedirsə, qar yağdırım uca dağlarına
sən bir gün çıxıb gedəndə bu şəhərdən kim dolacaq çamadanlarına?
[nəqərat]
bir yolu seç, bax, mənə görə heç nəyin
bir önəmi yox, tez qayıdaram sanma
danışarıq, amma…
deyiləcək bir sözün qalsaydı üzümə qarşı
əhval sayrışır, nə pis, nə yaxşı
gecələrinsə gündüzlərinə qarışıb
bir*iki düz söz danış, amma tez süz
məni sənə çəkirlər
fırlanır fikirlər… ağlımda
amma aramızdakı fərqi sezdim
dedin, sevərəm, eşq mənçün heçdir
qoyduğun hörmətin bir qədəri yetdi
necə oldusa, həyatıma gəldin, getdin
[bənd 1]
daxilimdə çox düşündüm, açığı bəzi qərarlar aldım
indiyə qədər yaxşı insan idimsə, indidən sonrası marağıma qalıbdır
mənimçün heç bir şey ifadə eləmir bəzi məqamlar artıq
bir ovuc xoşbəxtliyim var idi, onu da həsrətinin yollarında dağıtdım
daha düzəlmə ehtimalı olmayan heç nə görə ümidlənmirəm
kefimin yaxşılaşmağına səbəb ola bilməyəcəklər yaxınlaşmasın
sənçün mən və ya başqası, mənçün tək sən idin yeganə seçimim
heç kimə keçmərəm dеdiyim şeylərin inan, bir çoxun sənə keçdim
öyünürmüş kimi başa düşmə məni, birbaşa minnət qoyuram
mən də gərgin idim, açığı narahat edirdi yaranan hər bir çətinlik
yavaş*yavaş еqon parıldamağa başladı, olmadı birdən soyumaq
söhbət yaxşı insanlardan açılanda ilk özünü misal gətirdin
həyatda tək uğuru məni tanımaq olan insandır, danışır öz aliliyindən
kafe*restoran, gəzib*dolan, insta’da filan qeyri*adi geyimlər
məndən çox özündən razıdır, bilmirəm səhv, ya düzləri hansıdır
sonunda tanış olduq və mənə göstərdi görə biləcəyim üzlərin hamısını
[nəqərat]
bir yolu seç, bax, mənə görə heç nəyin
bir önəmi yox, tez qayıdaram sanma
danışarıq, amma…
deyiləcək bir sözün qalsaydı üzümə qarşı
əhval sayrışır, nə pis, nə yaxşı
gecələrinsə gündüzlərinə qarışıb
bir*iki düz söz danış, amma tez süz
məni sənə çəkirlər
fırlanır fikirlər… ağlımda
amma aramızdakı fərqi sezdim
dedin, sevərəm, eşq mənçün heçdir
qoyduğun hörmətin bir qədəri yetdi
necə oldusa, həyatıma gəldin, getdin
lirik lagu lainnya :
- kumpulan lirik lagu mano brown › lirik lagu mal de amor – mano brown
- kumpulan lirik lagu rykarda parasol › lirik lagu my spirit lives in shadows – rykarda parasol
- kumpulan lirik lagu useless id › lirik lagu we don’t want the airwaves – useless id
- kumpulan lirik lagu the great city › lirik lagu i know who you are and you are nothing – the great city
- kumpulan lirik lagu madvillain › lirik lagu cold one – madvillain
- kumpulan lirik lagu jacob banks › lirik lagu monster 2.0 – jacob banks
- kumpulan lirik lagu babak jahanbakhsh › lirik lagu mano baroon – babak jahanbakhsh
- kumpulan lirik lagu zekhi blue › lirik lagu hawaiian punch – zekhi blue
- kumpulan lirik lagu tiigrikutsu › lirik lagu slow cooker feat. mäxinho & l2 – tiigrikutsu
- kumpulan lirik lagu luckydzidzia › lirik lagu szaman – luckydzidzia