lirik lagu bülleten – badclause music
[bənd 1]
yenə həmən sfera, yenə həmən dilemma
çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara
yar olmaq asansa, yaralıya bir dəfə yar ol
hamı düzgün sevgi axtarır, heç kim demir * məndə var o
dünya buraxıb özünü, yox çərçivə, yox nə qanun
… yol çoxdur getməyə, amma yox işıq tutanım
dedilər mənə ki, yaz*yarat, inan çoxalan dərd azalır
o qədər şeir yazdı, amma heç gülə bilmədi bu zalım
həyat döyüş, udan yoxdur, uduzur hamı
mənliyin uduzan insanlar var, neynirəm pul uduzanı?
biləyi bükülməyən kəsi də kimsə pulla vurub uzadır
padşah utanmır, icmada qul qızarır
düşün, otur, düşün*daşın gör ki, sən busanmı?
bu qədər əziyyət çəkmişik, səhv eləmişiksə bəs düz hanı?
popçuların içində “ture”luqdan rep usanıb
qızdan zaddan yazacam çarpayımda tək uzanıb
[nəqərat]
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
[bənd 2]
boyayıb gözlərimizi, nə yoxdursa, var dedilər
həqiqət axtarışına çıxanlara yad ünvan dedilər
oxu tar, oxu tar * dedilər, oxu qurtar dedilər
dözə bilmədi elinalar, tək yol intihar dedilər
başa düşmür səhvini, dəyir ağlın küt yerinə
efirdə qalmaqal salır, düşür səhər bülleteninə
bu ölkədən necə sənət gözləyim axı mən?
uğur halal deyil, sənətçi verirsə produserinə
xeyir üçün, ya şər üçün, axı, susmuşuq nələr üçün?
vicdan, insaf, ədalət yox, öldürmüşük hər üçün
artıq real hip*hop, true yemir innovativ gənclər çün
kütlə itirir anlayışını dildə ancaq cənq*cünq
tufana bel bağladınız bu badi səbada
sizə görə “new generation” – “panamera”, “90’s” – “самокат”
ayağım qandallıdır, çiyində yük, əlimdə çamadan
gedirəm həqiqəti tapmağa, siz sağ, mən də salamat
[nəqərat]
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
lirik lagu lainnya :
- kumpulan lirik lagu gracen reign › lirik lagu cry for me – gracen reign
- kumpulan lirik lagu lombardy › lirik lagu hurricane – lombardy
- kumpulan lirik lagu copout › lirik lagu 2002 – cop/out
- kumpulan lirik lagu 河野 マリナ kawano marina › lirik lagu i meet you◎ – 河野 マリナ (kawano marina)
- kumpulan lirik lagu charlie hope › lirik lagu my teddy bear and me – charlie hope
- kumpulan lirik lagu tsoy › lirik lagu алмаз (diamond) – tsoy
- kumpulan lirik lagu project roenwolfe › lirik lagu song of kali – project: roenwolfe
- kumpulan lirik lagu nasta › lirik lagu warriors – nasta
- kumpulan lirik lagu kamilita › lirik lagu pure – kamilita
- kumpulan lirik lagu yung lixo › lirik lagu quem faz mal – yung lixo