lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu çərçivə – badclause music

Loading...

[bənd]
yazıram illәr öncәdәn, yazaram sәnә gәlincә mәn
ağ*qara cümlәlәrimә rәng olurdun özün bilmәdәn
qırarıq tilsimlәri bir gün xoşbәxt olarıq ölmәdәn
әl*әlә gәzәrik arzularda, birgә qaçarıq ölkәdәn

saçına әsәn külәk qurutmuşdu yarpaqları
gәtirib yad әtirlәr dolduracaq bu otaqları
nә vaxtsa itirәcәksәn hәr şeyini vә geri dönәcәksәn
görәcәksәn mәndәn geri bir ovuc torpaq qalıb

tәslim oldum özümә, әsrlәrlә oturub ağladım
keçən il darıxdığımı yazardım mən ona bu vaxtları
yuxumda mәlәk gördüm, üzünә baxmadan qucaqladım
vә o mәlәk aldı mәnimi mәndәn, әlimi qolumu bağladı

adını belә bilmәdiyim hisslәrlә gözüm yumuldu
ölüm çox aciz görünürdü, amma ömürsә durğun
tanımadığım barmaqlar cızırdı kömürlə qolumu
bir neçə cümlә sonra qalxıb özüm öz önümdә durdum

baxdım köhnə rəfdə sənə yazılan kitablarıma
köhnə səhifələrdə itən cavab, suallarıma
şərfini öpdüm yenə, ətrin hopdu dodaqlarıma
hər nə olsa da, yola gedə bilmirəm uzaqlarla

əlimdə tər qızılgül, əynimdə sən alan köynək
yanımda gülərdi üzün, o vaxt hələ məndədir könlün
gözlərimdən anlayıram ki, nədir böyümədən ölmək
heyif ki, bu gözəl mənzərəni şüşə və çərçivə örtüb

xəyallarımızdakı uşağı yadın bətninə gömdün
sənə görə yaşayırdı bədən, axı nə həddinə öldü?
gözümün önünә çıxan son tәsadüf oldu ömürlük
o yolda səni onunla görməsəydim evimə dönürdüm

birdən dayandı ayaqlarım, sanki dayandı əqrəb
sonrasını xatırlamıram… şeytana lənət
ertəsi səhər küt baş ağrısı məni oyatdı qəflət
gördüm qırılıb o çərçivə, düşüb hər kitab rəfdən

mətbəxtə doğru getdim, ora da yerlə*yeksan idi
yerdә sınıq şüşә var idi, boş idi dәrman qutusu
düşündüyüm tәk şey idi * evdә özgә birinin olmağı
bu düşüncәlәr qarışdırır baxışlarını qorxağın

dәrk edә bilmәdim, qalıb sükut qәfәsindә
müəmmalar içində. dəli şeytan dedi * otağına keç
gələndə gördüm özümü çarpayının sol tərəfində
sən demə dörd gün öncə yatıb, sonra oyanmamışam heç

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...