lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu cheminée – badclause music

Loading...

[bənd] [badclause]
ölüm evimә qapı qonşudur, içirәm gecә, hüsrandayam
önümdә köhnә sәhifәlәr, әldә qәlәm, üsyandayam
yazılar çox içdәn görünür, bәlkә, ciddәn elәdir
ayrı gözlәrә kölgәyәm, amma mәn hәlә dә müjgandayam

hәsrәtin ardındayam, ayrılıq axınındayıq
sәninlә bir yola çıxmışdıq, o yolun axırındayıq
limana aşiqәm mәn, eşqi dәnizә çağırır qayıq
iki ayrı ölkәdә üşüyürük, amma bir ocaq çadırındayıq

әzrailin ağlındayıq, әcәlin yaxınındayıq
ikimiz bir aşiqin yarılan bağırındayıq
kasıb yuxuda pul görür, biz o yuxu nağılındayıq
rәssamın çәkdiyi kiçik evdir bu qapının ağzındayıq

eyni dam altındayıq, amma ki oyadanımız yoxdur
xәyallarım titrәyir, çay buz kimi nәbz yoxdur
aynadakı yad insandır o vaxtkı doğmamız yoxdur
hәyatımda yeni sәhifә açmaq istәyәndә gördüm ki, kağız yoxdur

vaxtımız yoxdur, hәminki qızcığaz yoxdur
o qızla görüşmәkçün dәrsdәn qaçan uşaq yoxdur
divarlar soyuqdur, artıq isti qucaq yoxdur
sәnsiz evim nәfәs ala bilmir, dam*baca var, ocaq yoxdur

qapımı döyәn qonaq yoxdur
pәncәrәlәr şahiddir, çox bәdәn var, ürәyi yoxdur
söykәnmәyә kürәk yoxdur, yıxılan var, kömәk yoxdur
varlıq içindә darlığımsan sәn, mәtbәxdә bir tikә çörәk yoxdur

göz yaşı dolub dәrya, çağlayan ümmanlarıq biz
cәnnәtә gedәn yolda tamam yad ünvanlarıq biz
quruyub dil dodağımız, eşqә ac insanlarıq biz
… qorxu yoxdur, kül olmuşuq, yanmarıq biz

[nəqərat] [eren mumcu]
biz eşqi yaşadıq sənlə nə zaman?
gözlərinə baxan daha deyil o cavan
nə qədər ki, olsa gerçəkdə yalan
ola bilmərik, bir yerdə qocalan

biz eşqi yaşadıq sənlə nə zaman?
gözlərinə baxan daha deyil o cavan
nə qədər ki, olsa gerçəkdə yalan
ola bilmərik, bir yerdə qocalan

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...