lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu iki dünya – badclause music

Loading...

[bənd 1] [badclause]
açıram bağlanmış bir kitabı, açıram qəm dəftərin, haqq*hesabın
açıram elə sevgi qapılarını ki, hansılar ki heçə sayır maddiyyatı
unuldulmasın yaşananlar, ümidlər üzünə təbəssüm qonsun ən azı
gərək, ürək tox olsun dolu, ya da boş cibin eşqə heç olmasın aidiyyatı

biz neçə*neçə qasırğadan sağ çıxmışıq, neçə sərt dalğa görmüşük
neçə ağlayan üzü güldürmüşük, indisə ağlayan elə biz özümüzmüşük
uzun yolda, tək*tanha şəhərdən uzaqlaşan insanın bezarlığıyıq biz
kimsəsiz ölən kəslərin, tərk edilən evlərin məzarlığıyıq biz

bol çirkab içində boğuluruq, çarə qılan yox, kömək edən yoxdur
çıxıb gedən var, geri gələn yoxdur, hələ də yaxşılıq gözləyir çoxsu
bir*birimizə nə qədər uzaq olsaq da, küləyimiz eynidir, yağışımız eyni
kədərimiz eynidir, gülüş eyni, amma kaş həmişəkitək görüşəydik

çünki biz birlikdə olanda ayrı cür dönür dünya, ayrı cür axır zaman
yox olur ağrılar, bitir gecələrim, payız olan diyara gəlir bahar
indisə yoxdu heç nə bir salam, nə də bir xatirə sənin ardından qalan
üstümə çökür bu cümlə*cahan, sən bir dünya, mənsə bir insanam yar

çək qara buludlarını üstümdən, günəşin saçağına kölgələr hörmə
uzaqlığın bir faydası yox, inan, son ümid çırağın sönmədən dön gəl
yolunu çaşmağını gözlər hər döngə, sənlə keçən hər bir gün bədəl ömürə
üzr istərəm, haqqım halaldır, amma gördüyüm günləri görmədən ölmə
[nəqərat] [sura iskəndərli]
məni dərd alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar

alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar

[bənd 2] [badclause]
qəlbim yüz xəyanətə adət, amma mən sevdim içdən onu xəyalən
qaytar gözlərimin önünə, ya rəbb, sevdiyim o gözəl qızı, necə də biçarə
olduğunu görüm, necə təngənəfəs olub yollarımda, necə mənsiz qalıb
bircə yalana qurban gedən yarım, illərlə özünü səhvsiz sanıb

heç vaxt əməlini bağışlaya bilməz, nəticəsi əlvidadırsa sonda
qır qələmini, cır vərəqləri, tulla, yerli*dibli unut, al qisas ondan
əgər uzaqlar əngəldirsə yoluna, mən cümlələrdə qovuşdurum bizi
bu gün salam*sağoluna möhtac qalıb, hər gün əhvalını soruşduğun biri

yanımda qaldığın zamanlara yazılan iyirmi beşinci məktubumdur bu
məhəbbətin naxış olduğu xalçaya toz*torpaq atan tək qürurdurmu?
eşqə ac ürəyimi qəm doyuzdurur, səhvlərimin üzünə kin qusur qələmim
qəlbimə hələ də heyranam ki, necə sevə bilirdi min qüsurla səni?
amma məndə də səhv var idi, qəlbini qırdım həmin tək qadının
indi bilmirəm hansı şeirə sığdırım, ya necə tərk edim bu tənhalığı
bəlkə, günah elə hər ikimizdə idi ki, bağlılığı eşqlə səhv salırıq
artıq bütün olanlar keçib, artıq ayrıyıq… tək qalırıq

[nəqərat] [sura iskəndərli]
məni dərd alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar

alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...