lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu insomnie – badclause music

Loading...

[bənd] [badclause]
tellərini ayırdılar köksümdən
zülmətə əlamət oldun günəşli mövsümdə
bax indi zəhrimar yağır sevdiyin hüsnümdən
saçına gül düzdüyüm günün dörd ay keçib üstündən

dedin ”çıx get ayrı yaşa, amma ölürәm demә
üzündә gülüş olsun, eybi yox, mәnә aid olmasın”
sәni unutmaq üçün heç bir cәhd göstәrmirәm
siqaret belә çәkmirәm ki, qoxun üstümdәn ayrılmasın

heç onun haqda danışmadın
o da mı möhkәm qucaqlayır, sәmimidirmi baxışları?
eşqimә haram qatdın, mәn bu halla barışmadım
vә hәlә dә gülә bilirsәnsә, demәli, tanrı bağışladı

sәninlә çox güldüm, amma göz yaşı qәdәr olmadı
bir gecә sağollaşdıq ondan sonra sәhәr olmadı
yediyim zәhәr olmadı, çün, sәnsiz bir tikә keçmir boğazımdan
amma sәnә nuş oldu bir tәhәr olmadın

etdiyim dualarda hәr iki sözümdәn birisәn
yıxılan içdәn gülә bilmir, özümdәn bilirәm
cәnnәtin ünvanında sәkkiz qapıdan biri sәn
sәnli günlәrimi itirmişәm, әcәlin tәqvimisәn

dinmirsәn. yadında yad qalıb adım
hüznlü keçmişdi dekabr, son görüş yanvardadır
bir gün özümü itirdim vә sәn heç axtarmadın
yadımda yaxşı qaldın, amma yanımda yar qalmadın

yazarın qәm bәstәsi bir qadının xatirinә
o qadın gülümsәyir, dәrd elәmir yar yerinә
çoxu onu vicdanlı sayır, yalan düşür yad dilinә
o könül alır bakıda, mәn ankarada can verirәm

[nəqərat] [orxan murvetli]
aşiqəm hər dəminə
həm xeyir, həm şərinə
sürməli gözlərinə qurban

mən ölüm dərd*sərinə
o şirin sözlərinə
ağlayan gözlərinə qurban

mən ölüm dərd*sərinə
o şirin sözlərinə
ağlayan gözlərinə qurban

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...