lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu unutdun – badclause music

Loading...

[bənd 1]
sənsiz uzaqların da rəngi ayrı, sənsiz ulduzların rəsmi aydın
utanmasam səni unudardım, nə olsun ki sənsizəm düz bir aydır?
rəqs eləyərdi qələm boş səhnədə, göz yaşlarım onu alqışlayardı
axrına çıxmasaydı əgər eşqin, bəlkə, bir gün məni bağışlayardı

geri dönüb alarmı qəm*kədərimi? mən həminki divanə, biraz dəli
bir afətin qəlbisə viranədir, iki cahan bu canıma sığar çətin
“sənsiz ölərəm”, * deyəndən sonra qorxutmuşdun o gün bir az məni
ertəsi gün ayrılanda yollarımız nə mən qorxmadım, nə sən ölmədin

ayrı dünyalardayıq, ayrı röyaların adamlarıyıq ayıq*sayıq
aşiq uçurumdaymışıq biz, ümidimiz dəniz, amma çoxdan batıb o qayıq
yenə dardayıq… sökülmüş hörüklərinin təlaşıyla yoldayıq
uçurumların bir addımlığında yaralı qanadlarla intihardayıq

biz ölmüşük həftələr öncəsindən bədən didərgin, boş qalıb məzar
gələ bilmədik öhdəsindən bu hislərin və ayrılıq oldu tək cəza
yorğunam daha sevdiyim o yardır, qəlbə köz basan
“ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar.”

[nəqərat] [kamil samedli]
unutdun… bəxt ulduzum söndü, dünyam qaraldı
unutdun… qəlbimdə susmayan bir səs ucaldı
unutdun… unutdun məni
unutdun… mənli xatirələr solub saraldı
unutdun… qəlbimdə susmayan bir səs ucaldı
unutdun… unutdun məni

[bənd 2]
susur gözlərim ətrafa baxmır, başqasını sənlə səhv salar deyə
uzaqda yanaqların quruyar, burda dolub daşanda dəryalar selə
ruhum otağında ürəyim sənlədir, yəni boş bədəndə tənhayam yenə
alın yazımızda yuxu kimi bu tale, yoxdur bir oyadan röyadan belə

sevgi isti öpüş istər yanağa, sevirəm deyə quru səslə olmaz
getsin hamı, gedən təki sən olma, bil, səndən özgə yeni səhifəm olmaz
qəmlə dolan badələr intizarla adını çəkdirər, səhvən olmaz
yolumda yüz viran ürək həsrətdədir, hamısını yığsan, bir sən olmaz

səsin qürbətdə, siman xəyalımda vətənindəkitək ürəkdən gülür
yad ocağına qığılcım oldu tər gülüm, bir o qızdan özgə hər gedən dönüb
tək keçən ömür qələmsiz vərəq kimidir, sənsiz heç dadı*duzu yoxdur
sənsiz həyata kor baxan gözümün səması var, amma ay*ulduzu yoxdur

göz yaşım düşən torpaqda şeir bitdi, sətirləri dəstələdim sənə
ovucuma sığmır hislərim, amma mən dualarımı həsr elədim sənə
dərk elədim ki, mən siman cənnətim, eşitdiyim incə səsin azan
“ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar.”

[nəqərat] [kamil samedli]
unutdun… bəxt ulduzum söndü, dünyam qaraldı
unutdun… qəlbimdə susmayan bir səs ucaldı
unutdun… unutdun məni
unutdun… mənli xatirələr solub saraldı
unutdun… qəlbimdə susmayan bir səs ucaldı
unutdun… unutdun məni

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...