lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu öldüm öldüm dirildim – bageer

Loading...

[nəqərat]
yorulsam
özümə yaslanaram
durmadan anladaram
qocaman bir dünya

yorulsam
özümə yaslanaram
durmadan anladaram
qocaman bir dünya

[bənd 1]
şeytanın qıçını qırdım, gəldim ünvana
şeytanım səslər məni yanına
qaralar yığışırdı yanıma

qara xəyallarla əlbəyaxa
hər dəqiqə yaxın, qurtar yaxa
tutsalar, buraxmaz səndə yaxa
düşmək lazım deyil cərəyana

oyanıram yuxularımdan tərs
güzgülərdə nədən olunmur əks?
içimdə rəqs edən var bir riqqət
camalı günəş, zülfü dilkeş
qəbul edə bilmərəm daha səhv
vəfasız davranan hər kəsə rədd
çəkdim uşaq ikən nə qədər rənc
çəkdim çox gənc ikən nə qədər qəm

bəla gələn zaman bəladan bəla ol
səy göstər lazım qədər dərdə dəva
yarış güc ilə ülgüc, gəlmə cəfa

depressiya kimi bir lüksüm yox
dayanacaq qədər bir gücüm yox
onlara deyiləcək sözüm çoxdur
onlara deyiləsi söz yox

[nəqərat]
20 ildə aldım neçə dərs
20 ildə verdim neçə dərs
20 ildə gözüm nələr gördü
20 yaşım 30 başa bəs

öldüm, öldüm, dirildim neçə dəfə
öldüm, öldüm, dirildim neçə dəfə
saydım, öldüm, dirildi neçə nəfər
saydım, öldüm, dinmədi neçə nəfər

yorulsam
özümə yaslanaram
durmadan anladaram
qocaman bir dünya
yorulsam
özümə yaslanaram
durmadan anladaram
qocaman bir dünya

[bənd 2]
anlatmaq çətin gəlir bəzi hissləri
o gecə çəhrayı gördüm rəngimi
apardı özü ilə qara gecəni

qışqırıq səsləri qulağımda
inanmıram, keçə iniltisi
sirena səsləri qulağımda
inanmıram, keçə cingiltisi

istədim, döyəcləyim baraban
ol əllərim al*əlvan sərasər
ola bilmərsən tayım, bərabərim
yazmışam mövzuları müxtəsər

gözünə soxaram o xarici
göndərərəm səni o xaricə
dağınıq kağızlar kimi pərakəndə
cəhalətdə birisən

yalançı çıxdı o sıldırım qayalar
güvəndiyiniz o dağlara qar yağar
dünyanı başına yıxan o xar olar
evin yanar, sənə inanan az olar
ipinlə quyuya düşən o mal olar
dost dosta pis gündə gərək, o tən olan
qardaşların sənə bir gündə gen olar
[nəqərat]
20 ildə aldım neçə dərs
20 ildə verdim neçə dərs
20 ildə gözüm nələr gördü
20 yaşım 30 başa bəs

öldüm, öldüm, dirildim neçə dəfə
öldüm, öldüm, dirildim neçə dəfə
saydım, öldüm, dirildi neçə nəfər
saydım, öldüm, dinmədi neçə nəfər

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...