lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu parazit – bahar (aze)

Loading...

söz sözün daşını atdı
sən də biraz rahatladın
tükdən həssas qürurun daşlaşmış qəlbi parçaladı
nə etdin? necə etdin? ağlında varmı kimsə?
artıq maraqlı deyil üstündən xətt çəkdimsə

hər gün dünyada bir parazit
yedi qalmadı heç kəsdə ümid
tərtəmiz hava, torpağı münbit
sevgim qidan, evin bədənim
səni bəsləmək üçün artıq yoxdur səbəbim

ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram
ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram

damarlar tıxanır, nəfəsim get*gedə daralır
dedi: “öldürür hamı sevdiyini, sevgi belə yaranır”
daha yoluxmaq istəmirəm, yanımdan keçmə
hesab elə, bu da bir növ təbii seçmə

ətrafdan qorudum səni
deyəsən çox xoşuna gəlir
bilirəm, çox xoşuna gəlir
sevgim qidan, evin bədənim
səni bəsləmək üçün artıq yoxdur səbəbim

ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram
ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram

ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram
ürəyimin sularını dondururam
divarları yenidən qaldırıram

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...