lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yad eləmir – barss

Loading...

[bənd 1: dəli yazar]
heç kəs ürəyimi şad eləmir
çün gedənim daha məni yad eləmir
sevdiyi insanı elə unudur
heç insana bu zülmü yad eləmir

o dəli dənizlər durulubmuş
qızılgülü kitabında qurudubmuş
mən onu əbədi dərd eləmişkən
o məni çoxdan unudubmuş

[keçid: dəli yazar]
yad eləmir daha məni
neynim? xoşbəxtdir, deyəsən
ürəkdə o qədər söz var ki, amma
dilə gəlmir, deyəsən

yad eləmir daha məni
neynim? çatıbsa kim dadına
ömrümün yarısını verdim
düşmürəmmi yadına?

[nəqərat: dəli yazar]
düşmürəmmi yadına, leylam
düşmürəmmi yadına?
mən neçə nəğmələr yazarkən adına
düşmürəmmi yadına?
çatmırlar dadıma, leylam
çatmırlar dadıma
rast gələndə adıma, leylam
düşmürəmmi yadına?

düşmürəmmi yadına, leylam
düşmürəmmi yadına?
mən neçə nəğmələr yazarkən adına
düşmürəmmi yadına?

[bənd 2: barss]
varlığım unudulub sanki, heç olmayıb elə bil
quruyub dodaqda sözlər, dilim ağzımda zəlil
yaşanan xatirələrimiz yaralarıma duz səpir
niyə o lal olub gözümə baxan, danışan şəkil?

səni geri qaytarmaq üçün, bu can fəryad elədi
günahım olmasa da, mən yenə imdad dilədim
bu eşqi tapdalayıb hissləri bərbad elədin
qəlbimdən çıxıb gedəli bir dəfə belə yad eləmir

[keçid: dəli yazar]
yad eləmir daha məni
neynim? xoşbəxtdir, deyəsən
ürəkdə o qədər söz var ki, amma
dilə gəlmir, deyəsən
yad eləmir daha məni
neynim? çatıbsa kim dadına
ömrümün yarısını verdim
düşmürəmmi yadına?

[nəqərat: dəli yazar]
düşmürəmmi yadına, leylam
düşmürəmmi yadına?
mən neçə nəğmələr yazarkən adına
düşmürəmmi yadına?

çatmırlar dadıma, leylam
çatmırlar dadıma
rast gələndə adıma, lеylam
düşmürəmmi yadına?

düşmürəmmi yadına, leylam
düşmürəmmi yadına?
mən neçə nəğmələr yazarkən adına
düşmürəmmi yadına?

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...