lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ev kimi – cəza 22

Loading...

[verse 1]
bəri bax, pərvaz etmədədi hər kəs
əl uzadan əli kəsibsə geri verməz
sən yeri bil və məhz
yerini bilməzlərə ver yeni bir dərs
və tərsdi çərxi*fələk
iblisə çevrilib hər bir mələk
gərçi gərək yaşayasan kərkinərək
sıx ki sırf səni bərkidə bilə hər iki tərəf
sənə ərk edərək
gəl təsdiq et və tərslik etmə gəl !
heç nəyi qəlbə etmə qəm !
hər rəqəm bir qədəm demək, bir qədər de yoldu gedilən
əmək sərf eləmək sənə sərf eləməz
elə məhz ona görə sən səhv eləmə , bəsdi !
elə bir nəhsdi bu cahan
elə bir nəsli,fəsli buraxan teori darvinə
uyub sonu da quyuda yanar, ay bl*d !
dürüstləri like elə,at qalanları recycle’ə !
sən həyatın hər saatını say bir də !
say bitərsə zərzələ səni betər edər haitidən

[chorus x 2]
dünya sənə ev kimi
sev ki, sevgidən ayırd etmə heç kimi !
heç kimin yoxdu yeri burda daimə
fayda verməz ayrıseçkilik
gec ayılan gec bilir
[verse 2]
dəbdir hər bir təb, hamı dəbdəbədə
dərddir alta üst mərtəbə də
bəlkə də bəxtdir ,nəğd təpədə
durub uçuruma düşür hər göbələk
dəlik səbətə bənzər politik kuklalar
kimi dub qalar xalq
təhsil ocağı dolu mini yubkalar, bax !
hicaba qarşı çıxan sukalar…
düşüb haqq*hüquq dala
istifadə edilən hər ifadədə var bir fayda
istefa et, get , ya da pozma qayda !
etiketləri zaydı zaydan
maymaq çoxalır aybaaydan
dünya vedrədir, dibi dəlik
içinə su yığan hər dəli üçün var dəlil
uzat bu zatıqırıqlara mərd əli
dərd əlindən pəncərələr belə pərdəli
dövr edir saat əqrəbi əcnəbi tək
evə girib biz də gərək heç nə bilək

[chorus x 2]
dünya sənə ev kimi
sev ki, sevgidən ayırd etmə heç kimi !
heç kimin yoxdu yeri burda daimə
fayda verməz ayrıseçkilik
gec ayılan gec bilir

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...