lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu hər ehtimala qarşı – cəza 22

Loading...

[chorus]
pis bir libasda yaxşıya qarışıb
yellə başıvı hər ehtimala qarşı
bilən susur,bilməyənlər danışır
yellə başıvı hər ehtimala qarşı
həyat qumardı,ya da at yarışı
yellə başıvı hər ehtimala qarşı
hərə öz xoduyla getməyə çalışır
yellə başıvı hər ehtimala qarşı

[verse 1]
hər ehtimala qarşı var bir əlac:
mənə tac verin,vampirə xaç!
ya qazan,ya sürün ya da baş götür qaç
əgər sən də istəsən pullu ağac!
maddi durum quyudu,suyu da yox
ölkəmin pulu boldu,qulu da lox
yolu yoxdu,bunu da unudaraq
demək hər yolun var sonu və sonu da p*x
hamı patriot,hamı siyasi
hamı tənqidçidi,hamı əzazil
əşi,deyil heç də heç biri işin əsası
beş manat rüşvətə düşür işivə razı
əh, silin ,atın boş təhsili,yatın!
boş danışıq qoyun bəhsimin adın!
mələkdi mənə görə fahişə qadın
əgər məmur satarsa işə arvadın
hüquq,nizam ,qanun, seçkilər
burda gərək deyil axı heç kimə
guya yüz ölçdülər,bir biçdilər
gic danışan gic söhbəti bic bilər
[chorus]
pis bir libasda yaxşıya qarışıb
yellə başıvı hər ehtimala qarşı
bilən susur,bilməyənlər danışır
yellə başıvı hər ehtimala qarşı
həyat qumardı,ya da at yarışı
yellə başıvı hər ehtimala qarşı
hərə öz xoduyla getməyə çalışır
yellə başıvı hər ehtimala qarşı

[verse 2]
yeraltı üslubun var düsturu:
var bilib məni susdurun!
cəsur olmaq üçün gərək deyil yüz vurum
arxası olan əyri də düz durur
post qurur dost,düşmənə çevrilib
zəmanə pis və də evrika devridir
qafiyələr küt,replikam sivridir
texnikama qatılıb dövr edir
mən görmədim tək üzü olan adam
ki,düzəlim onunla yoluma tam
naxələflərlə gedilən yarı yolu çatan
kimi bilirəm ki,tamam yorulacam
ehtimal kiçik və çiydi xalq
taxt sahibləri dünən nəçiydi,bax!
iylənir ədalət və burda haqq
kimi qoxuyur lap yumurta lax
sığortala çörəyi ki,baisi tapılar
adın batar,adıva ya isim atılar
20*ni boş ver ,bağlanıb qapılar
qorx ki, torpağın 100%*i satılar
[chorus]
pis bir libasda yaxşıya qarışıb
yellə başıvı hər ehtimala qarşı
bilən susur,bilməyənlər danışır
yellə başıvı hər ehtimala qarşı
həyat qumardı,ya da at yarışı
yellə başıvı hər ehtimala qarşı
hərə öz xoduyla getməyə çalışır
yellə başıvı hər ehtimala qarşı

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...